Qusar İcra başçısının müavini xristian məzarlığının yerində obyekt tikib - FOTOFAKT
14-03-2019, 17:12

Teref.az olaraq bir qədər əvvəl Qusar rayonunda xristian məzarlığının dağıdıldığı haqda məlumat vermişdik.
http://teref.az/manset/111976-prezdente-sok-skayet-sair-alxasov-qusarda-alman-mezarligini-dagidib-qiymetli-agaclari-kesdirib-ve-mezarliq-yerini-satib.html
Teref.az-ın poçtuna məzarlığın kimlərə satıldığı və kimlərə peşkəş edildiyi barədə məlumat daxil olub. Məzarlığın yerində kimə ev, kim çayxana tikildiyini aşağıdakı məlumatda biləcəksiniz. Qeyd etmək istəyirik ki, Qusar rayon İcra Hakimiyyətinə göndərdiyimiz sorğuya cavab ala bilməmişik! Məlumatları oxuculara təqdim edirik:
1. Qırmızı birmərtəbəli bina, 30 sota yaxın məzarlıq torpağı Qusar RİH- in müavini, İctimai- Siyasi məsələlələr üzrə müavini Elman Mustafayevə məxsusdur. Həmin ərazidə kommersiya obyektləri tikilərək istifadə edilir.
2. 2, 3, 4-cü fotoşəkillərdə həmin məzarlıq ərazisində hal-hazırda aparılan tikinti işləri göstərilir.
3. 5-ci fotoşəkildə məzarlıq ərazisində tikilərək, naməlum vəzifəli şəxsə məxsus 2 mərtəbəli çayxana-restoran göstərilir.
Xüsusi qeyd : Məzarlıq ərazisi ətrafına 3 metrəyə yaxın mişar daşından tikilmiş divar ilə bağlanmışdır. Məzarlıq ərazisi təxminən bir hektardan çoxdur.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az






