Prezidentə şikayət:"Qusar İcra başçısı Şair Alxasov və müavinləri N. Nərimanov adına mərkəzi parkın ərazisində olan əsrlərlə yaşı olan qiymətli ağacları kəsib ev, obyekt tikdiribləq!"
16-03-2019, 08:08

Teref.az saytının poçtuna Qusar şəhər sakini tərəfindən prezident İlham Əliyevə ünvanlanmış şikayət məktubunun bir surəti daxil olub. Şikayətçi yazır:
Azərbaycan Respublikasının prezdenti hörmətli İlham Əliyev cənablarına
Qusar şəhəri, Hacıməhəmməd küçəsi, 10 saylı evdə yaşayan, 14.04.1956-cı ildə anadan olmuş, ali təhsilli, 2-ci grup əlil, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən
M Ü R A C İ Ə T
Hörmətli cənab prezdent !
Sizin rəhbərliyinizlə Bakı şəhərində, Respublikamızın demək olar ki, bütün şəhər, rayonlarımızda vətəndaşlarımızın istirahət etməsi məqsədilə geniş, gözəl istirahət parkları tikilərək istifadəsinə verilmişdir.
Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının avtomobil yolları yenidən qurularaq, müasir körpülər tikilərək, vətəndaşlarımızın rahat dediş- gəlişini tənzimləməklə öz diqqət və bacarığınızı əsirgəməmisiniz. Sizin rəhbərliyiniz, həyat təcrübəniz, savadlı, uzaqgörən iqtisadi siyasətiniz nəticəsində Azərbaycan Respublikasında hal-hazıra qədər sabit və sakitlik bərqərar edilməklə, vətəndaşlarışız azad, firavan, təhlükəsiz, sülh, əmin- amanlıq şəraitində yaşamaqdadır. Yuxarıda qeyd etdiklərim danılmaz bir faktdır ki, bütün sadalandıqlarım həyatda öz əksini tapmışdır.
Ona görə də, Azərbaycan Respublikasının vətəndaşları Sizin uzaqgörən iqtisadi, mədəni, hərtərəfli siyasətinizi bəyənərək, daima dəstəkləməklə, Sizə möhkəm can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi, Azərbaycan Respublikasının daha da inkişaf etdirərək güclü Dövlətlər sırasında öz layiqli yerlərdən birində daimi , davamlı mövcudluğunun qorunub saxlanılmasında uğurlar diləyirik.
Hörmətli cənab prezdent !
Qusar şəhərində təbii park sayılan N. Nərimanov adına mərkəzi parkın ərazisində olan əsrlərlə yaşı olan qiymətli ağaclar Qusar RİHB-sı Şair Alxasovun qanunsuz tapşırığı ilə kəsilərək, həmin parkda özünə məxsus " Yaşıl Park " adlı restorana yol açaraq avtomobil dayanacağı üçün meydança inşa edilmiş, parkda konsertlər, yığıncaqlar, görüşlər, digər ictimai tədbirlər üçün nəzərdə tutularaq tikilmlş meydançanın torpaq sahəni zəbt etməklə, öz restoranın ərazisinə qatmağa müvəffəq olmuşdur. Qusar RİHB-sı Şair Alxasovun, İH-in 1-ci müavini Şahid Fərəməzovun, İH-in müavini Elman Mustafayevin özbaşınalığı, " VANDALLIĞI " Qusar rayon əhalisinin qəzəbinə, hiddətinə, haqlı narazılığına səbəb olmuşdur.
Qusar RİHB-nın birinci müavini Hörmətli Şahid Fərəməzov cənabları heç də, Şair Alxasovdan geridə qalmayarq, ondan nümunə götürərək, Qusar şəhərində yaşayış evimizə yaxın olan vətəndaşların, uşaqlarımızın istirahət etdiyi parkın torpaq sahəsini zəbt edərək, ərdə olan qızına 3 mərtəbəli imarət tikdirmişdir. Daha sonra şikayətçi teref.az-a yazır ki, həmin parkın qalan hissəsi də naməlum məmur tərəfindən zəbt edilərək, parkda mövcud qiymətli ağaclar kəsərək özünə ikimərtəbəli yaşayış evi tikmişdir. Parkda mövcud qiymətli uşaq-əyləncə avadanlıqları həmin parkın bir küncünə atılaraq çürüməkdədir.
Yuxarıda qeyd etdiyim park mərhum Qusar RİHB-sı İkram Əmirov cənablarının sərəncamı əsasında , Qusar RİHB-sının 1-ci müavini Alik Balametov cənablarının rəhbərliyi ilə tikilərək ətrafı mişar daşından istifadə edilməklə, bəzədilməklə bağlanmış, əlavə olaraq yenidən qiymətli ağaclar əkilərək , parka qiymətli uşaq-əyləncə avadanlıqları gətirilərək, parkın ərazisi qiymətli oturacaq avadanlıqları quraşdırılaraq vətəndaşlarımızın istifadəsinə verilmişdi. Dəfələrlə Qusar RİHB-sı Şair Alxasov cənablarına müraciət edilməsinə baxmayaraq, Şair Alxasov cənabları öz müavinləri Şahid Fərəməzov və Elman Mustafayev cənablarının qanunsuz hərəkətlərinə göz yummaqla, onların qanunazidd hərəkətlərini müdafiə etməkdədir.
Bir Qusar şəhər sakini kimi hesab edirəm ki, Qusar RİHB-nın müavinləri Şahid Fərəməzov, Elman Mustafayev cənabları Qusar RİHB-sı Şair Alxasov cənablarından nümunə götürərək, heç də ondan geridə qalmayaraq, " Dağıtmağı , Zəbt etməyi, öz həyat amalına çevirməklə, ancaq və ancaq öz biznesini inkişaf etdirməklə və d həcmini genişləndirməklə məşğuldurlar.
Qusar RİHB-nın digər İctimai-Siyasi və Humanitar məsələlər üzrə müavini Qusar şəhərində mövcud, könə avtobazanın aşağı hissəsində olan, Qusarda " Şirvan " adlı Rus İmperator ordusunda xidmət edərkən dünyasını dəyişmiş İmperator ordusunun əsgər, zabit, generalları dəfn edilə məzarlığın təxminən 30 sot torpaq sahəsini zəbt edərək, qəbir daşlarını, məzarlıq qalıqlarını Qusar çayın kənarına, digər istiqamətlərə daşıtdıraraq tullamaqla, üstünü torpaq qatı ilə örtməklə, həmin məzarlıqda özünə Avtoyuma, mağaza, Restoran, digər kommersiya təyinatlı binalar tikməklə istifadəyə vermişdir.
Hörmətli cənab prezdent !
Qusarda VANDALLIQ Etməkdə Qusar RİHB-sı Şair Alxasovdan nümunə götürən, heç də onda dalda qalmayan Qusar RİHB-nın 1-ci müavini Şahid Fərəməzov, İH-in müavini Elman Mustafayev cənablarının qanunsuz VANDAL HƏRƏKƏTLƏRİNƏ HÜQUQİ QİYMƏT VERİLMƏKLƏ, HƏMİN VƏZİFƏLİ ŞƏXSLƏR BARƏSİNDƏ QANUNAMÜVAFİQ TƏDBİR GÖRÜLMƏSİ ÜÇÜN AİDİYYATI ÜZRƏ SƏRƏNCAM VERMƏYİNİZİ SİZDƏN XAHİŞ EDİRƏM.
Qeyd : Surəti prezdent administrasiyasına və KİV-nə göndərilir. Fotofaktlar əlavə olunur.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini öyrənməyə hazırıq!
Teref.az

Yaşayış evi Qusar RİHB-NIN 1- ci müavini Şahid Fərəməzova məxsusdur.

Yaşayış evi naməlum məmura məxsusdur.


Fotolar həmin parkda mövcud olmuş, uşaqlarımız tərəfindən istifadə edilmiş, hal- hazıra atılaraq çürüməkdə olan uşaq-əyləncə avadanlıqlarıdır