Göycayda şəkər dərmanları pulla satılır - Famil Zeynalov səhiyyənin "xozeyin"-idir

28-04-2015, 10:49           
Göycayda şəkər dərmanları pulla satılır - Famil Zeynalov səhiyyənin "xozeyin"-idir
Göyçay səhiyyəsi Famil Zeynalovun şəxsi mülkünə çevrilib.

Dövlətin şəkər xəstələrinə pulsuz verdiyi dərmanlar, ölçü avadanlığının testləri xəstələrə pulla satılır.

Artıq rayonda geniş narazılıq yaranıb. Sakinlərin bildirdiyinə görə, artıq insanlar bununla bağlı aksiya keçirməyi planlaşdırırlar.

Bu barədə Rupor.Az-a rayon sakinləri özləri bildiriblər.

Göyçaydakı mənbənin verdiyi məlumata görə, şəkər xəstələrinə dərmanların pulla satılması göstərişi birbaşa rayon səhiyyə şöbəsinin müdiri Famil Zeynalovdan gəlib. Mənbə bildirir ki, bu şəkildə narazılıq yaratmaqda “səhiyyə kralı”nın müəyyən qaranlıq məqsədləri var. Belə ki, rayona yeni təyin olanan icra başçısı Mübariz Ağayevin rayon səhiyyəsindəki neqativ halları aradan qaldırması barədə ona verdiyi ciddi və sərt tapşırıqları F.Zeynalov həzm edə bilmir.

Məlumat üçün bildirək ki, Famil Zeynalov vaxtilə Göyçayın sabiq ica başçısı Mənsur Məmmədovun "maxinasiya meneceri" vəzifəsini yerinə yetirib.

Mənbənin daha bir məlumatına görə, Famil Zeynalov rayonda səhiyyə işçilərindən abadlıq işləri üçün müəyyən miqdarda pul yığır. Bunun isə birbaşa Mübariz Ağayevin göstərişi olduğunu deyir.

Məsələyə yəqin ki, Göyçay icra hakimiyyəti aydınlıq gətirəcək. Növbəti sayımızda Famil Zeynalovun rayondakı digər təxribat xarakterli əməlləri barədə məlumat verəcəyik.

Yazıda adları hallanan şəxslərin də mövqeyini dərc etməyə hazırıq...

Mövzuya yenidən qayıdacağıq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.