Fermanı təmir etdirən ər-arvad xəzinə tapdı

13-05-2024, 00:08           
Fermanı təmir etdirən ər-arvad xəzinə tapdı
İngiltərənin Vest Dorset şəhərində öz fermalarını təmir edən Fuks ailəsi təsadüfən 17-ci əsrə aid sikkələrdən ibarət xəzinə tapıb.

“Cebhe.info” bu barədə “Popular Mecanics”-ə istinadən yazır.

Kolleksiya bu yaxınlarda “Duke's Auction House”-da 75 min dollara satılıb.

Təxminən beş il əvvəl sikkələri tapan cütlük tavanın hündürlüyünü artırmaq istəyərkən xəzinəni görüb.

Robert Fuks bildirib ki, sikkələr İngiltərədə birinci vətəndaş müharibəsi dövrünə aid olub.

Xəzinədə I Yakov və I Çarlzın qızıl sikkələri, həmçinin I Yelizaveta, Filip və Mariyanın dövrlərinə aid gümüş taclar, şillinqlər və penslər olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru