Norveçin “Eurovision 2023” təmsilçisi finalda ölkəsinin səslərini təqdim etməkdən imtina edib

13-05-2024, 07:58           
Norveçin “Eurovision 2023” təmsilçisi finalda ölkəsinin səslərini təqdim etməkdən imtina edib
“Eurovision 2023” mahnı müsabiqəsinin Norveç təmsilçisi Alessandra bu axşam keçiriləcək finalda ölkəsinin səslərini təqdim etmək vəzifəsindən geri çəkildiyini açıqlayıb və Fələstinə dəstəyini ifadə edib.
Bizimyol.info xəbər verir ki, bu barədə Alessandra "İnstaqram" hesabında paylaşdığı videoda "Eurovision"un hazırkı vəziyyətini tənqid edib.

Norveçli müğənni bu axşam keçiriləcək finalda ölkəsinin səslərini təqdim etmək vəzifəsindən geri çəkildiyini açıqlayıb: "Eurovision"un şüarı "Musiqi ilə birləşir"dir (Musiqi ilə birləşin) və mənim musiqi yaratmağımın səbəbi insanları birləşdirmək, onları bir araya gətirməkdir. Amma indi bu sözlər mahiyyətini itirib", - deyə qeyd edib.

Alessandra dedi: "Soyqırım gedir. Hamınızın gözlərinizi açmağınızı istəyirəm. Ürəyinizi açın. Qoy sevgi səni həqiqətə aparsın. Həqiqət sizin qarşınızdadır. Azad Fələstində", - deyə bildirib.

Alessandra keçən il keçirilən müsabiqədə Norveçi “Queens of Kings” mahnısı ilə təmsil etmiş və 5-ci olmuşdu. “Eurovision” Mahnı Müsabiqəsinin möhtəşəm finalı bu axşam saat 22.00-da "EBU" və İsveç dövlət televiziyası "SVT"nin təşkilatçılığı ilə keçiriləcək.

İsrailin iştirakı ilə etirazların və tənqidlərin mərkəzində olan müsabiqənin keçirildiyi Malmö şəhəri Fələstinə dəstək nümayişlərinə səhnə olub.

Müsabiqənin finalına saatlar qalmış Avropa Yayım Birliyi (EBU) Hollandiya təmsilçisi Joost Klein-in müsabiqədən kənarlaşdırıldığını açıqlayıb.

“Eurovision” təşkilatçılarının verdiyi açıqlamada Kleinin komanda üzvünə qarşı davranışının “müsabiqə qaydalarının pozulması” kimi qiymətləndirildiyi bildirilib.

“Eurovision” Mahnı Müsabiqəsində Belçika, Portuqaliya, İngiltərə, İrlandiya, İsveçrə, Norveç, Danimarka, Litva, Finlandiya və San-Marinonu təmsil edən sənətçilər "Qəzzada dərhal və davamlı atəşkəsə" çağırıblar.

Qadir, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.