“İnter Mayami”dən möhtəşəm geridönüş: Suaresin qolu komandasına kömək etdi - FOTO/VİDEO

12-05-2024, 15:58           
“İnter Mayami”dən möhtəşəm geridönüş: Suaresin qolu komandasına kömək etdi - FOTO/VİDEO
Mayın 11-dən 12-nə keçən gecə Kanadanın Monreal şəhərindəki Saputo stadionunda “İnter Mayami” səfərdə “Monreal İmpakt”ı məğlub edib.

Oxu.Az xəbər verir ki, MLS matçında azarkeşlər beş qola şahidlik ediblər.

Qonaqlar 2:0 geridə olarkən sonradan üç qol ataraq möhtəşəm geridönüşlə qalib gəliblər. “İnter”in qollarından birinə Suares imza ataraq komandasının qələbəsində pay sahibi olub - 2:3.
Hazırda “İnter Mayami” 13 oyundan sonra 27 xalla MLS turnir cədvəlində birinci yerdədir. 12 xalı olan “Monreal” isə 20-ci yerdə qərarlaşıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.