İstedadlı insan hər sahədə istedadlıdır - Kvant elektrodinamikasının qurucularından Richard Feynman... VİDEO

13-05-2024, 09:04           
İstedadlı insan hər sahədə istedadlıdır - Kvant elektrodinamikasının qurucularından Richard Feynman... VİDEO
Richard Feynman (1908-1988) - Amerikalı fizik, Nobel mükafatı laureatı, kvant elektrodinamikasının qurucularından, atom bombasının müəlliflərindən və 20-ci əsrin dahilərindən biridir.
Feynman 1965-ci ildə Julian Schwinger və Shinichiro Tomonaga ilə birlikdə Nobel mükafatını işıq və maddə arasındakı qarşılıqlı əlaqənin anlaşılmasında inqilab edən kvant elektrodinamikasının inkişafına verdiyi çalışmalarına görə layiq görülüb. Bütün bunlarla yanaşı o, elmi aydın və cəlbedici şəkildə çatdırmaq bacarığı ilə də tanınırdı. Məşhur mühazirəçi idi və auditoriyaya fizikanı öyrətmək, izah etmək üçün çoxlu kitablar yazmışdır. Ən məşhur əsərlərindən bəziləri arasında "Əlbəttə ki, zarafat edirsiniz, cənab Feynman!", “Feynmanın fizika üzrə mühazirələri” var.
Feynman özündən sonra Bəşəriyyətə nəhəng bir elmi miras buraxmışdır.
Bir də bongo çalmasına baxın Feynmanın – İstedadlı insan hər sahədə istedadlıdır.
Görkəmli alimin bu gün 106-cı doğum günüdür.

https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.