İrina Şeyk anası ilə uşaqlıq fotosunu paylaşıb

13-05-2024, 07:54           
İrina Şeyk anası ilə uşaqlıq fotosunu paylaşıb
Bu gün dünya Beynəlxalq Analar Gününü qeyd edir.

Gununsesi.info xəbər verir ki, bu münasibətlə ulduzlar təsirli şəkillər paylaşırlar.

İrina Şeyk də istisna deyil. O, sosial şəbəkədə anası ilə arxiv fotosunu izləyiciləri ilə bölüşüb.

Supermodelin anası Olqaya inanılmaz dərəcədə bənzəməsi heç kimin diqqətindən qaçmayıb.

Xatırladaq ki, İrina Şeyk Çelyabinsk vilayətinin Yemanjelinsk şəhərində anadan olub. Onun anası rus, atası tatardır. Modelin Tatyana adlı böyük bacısı da var. Valeri Şeyxülislamov mədəndə işləyib. O, İrina cəmi 14 yaşında olarkən ağciyər xərçəngindən vəfat edib. Olqa musiqi müəllimi işləyib. 2005-ci ildə model ABŞ-yə köçüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru