“Baku İnşaat” la bağlı deputatdan ÇAĞIRIŞ: “Aldanmayın, mənimsədiyi pulları geri qaytarmır” — FOTOLAR

6-10-2023, 00:03           
“Baku İnşaat” la bağlı deputatdan ÇAĞIRIŞ:
“Baku İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti vətəndaşları aldadır.

Bu barədə Demokrat.az-a Milli Məclisin deputatı Rüfət Quliyev məlumat verib.

O deyib ki, insanlardan ödəniş alan şirkət nə tikinti işi məşğul olur, nə də mənimsədiyi pulları geri qaytarır:

“2022-ci ilin dekabrında zərərçəkən şəxslərin hər biri şirkətə 20 min manat pul ödəyib. Lakin mənzillərin təmir-tikinti işi yarımçıq qalıb. Bu şirkəti idarə edənlər qohumdurlar. Hər adamdan 20 min alıb, dələduzluqla məşğul olurlar. Zərərçəkənlər məhkəməyə müraciət ediblər. İki məhkəmə keçirilib, şirkət nümayəndələri heç birində iştirak etməyib. Buna görə şirkətə bir neçə dəfə xəbərdarlıq olunub. Şirkətin bir neçə filialı var. “Baku İnşaat” endirim və müxtəlif kampaniyalar adı ilə insanları cəlb edir.

Bu məsələni 7 ay öncə Milli Məclisdə qaldırdım. Sessiya və komitə iclaslarında fikrimi bildirdim. Hüquq-mühafizə orqanlarına da məsələni araşdırmaları üçün müraciət etdim. İnsanları bu şirkətdən uzaq durmağa çağırıram, aldanmasınlar. Növbəti məhkəmə prosesi 9 oktyabr 2023-cü il tarixində Sabunçu rayon Məhkəməsində baş tutacaq. Hətta məhkəməyə gəlsinlər, şirkətin necə fırıldaqçı olduğunu görsünlər”.

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.