Akif Məmmədovun həbsi üçün daha NƏLƏR BAŞ VERMƏLİDİR Kİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədov həbsinə hazırlı başladılıb.
Paytaxt.org bildirir ki, Akif Məmmədov vəzifəsindən sui-istifadə edərək yüzlərlə yaş ağacların kəsiminə qanunsuz rəy verərək vəzifə saxtakarlığı törətməsi ifşa olunub.
Beləki, bundan öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini tutan Akif Məmmədov, Zaqatala rayonu Maqov və Lahıc kəndlərində ağacların qanunsuz olaraq kəsilməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqla qanunsuz rəy verməsi və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən olunub. İlkin sübutlara görə 7 saylı RETSİ-nin sabiq rəisi əlbir olduğu İlham Novruzov Cinayət Məcəlləsinin 32.3,259.4 və 309.2-ci, Akif Məmmədov həmin Məcəllənin 309.2 və 313-cu, Anar Hüseynova isə 259.4 və 32.5, 309.2-ci maddələri ilə ittiham elan edilərək barələrində polisin nəzarəti altına verilməklə qətimkan tədbiri seçilib. Bildirək ki, bu barədə Baş prokurorluq məlumat yayıb.
Qeyd edək ki, regionda "yaşıl soyqrım"a rəvac verən Akif Məmmədov hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisidir. Onun vəzifə saxtakarlıqları bununla bitmir. Məlumata görə, A.Məmmədov məlum bir neçə rayon ərazisinddə yerin təkinin qanunsuz istifadəsində, daş və qum - çınqıl karxanalarının qanunsuz fəaliyyətinə, icazə vermiş, öz mənafe üçün şərait yaratmış eləcədə kəsimi qanunla qadağan edilmiş qiymətli ağacların doğranıb mebil sexlərinə satılmasına göz yummuşdur.
Paytaxt.org-a şikayətçi olduğunu iddia edən mənbə bildirib ki, A.Məmmədovun vəzifə saxtakarlığı ilə bağlı bu istiqamətdə toplanan faktlar da hüquq- mühafizə orqanlarına və məhkəməyə araşdırlıması çün təqdim ediləcək...!
Bunlarla yanaşı ən maraqlısı odur ki, regionda "yaşıl soyqrım"a rəvac verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Akif Məmmədov törətdiyi bu böyda vəzifə saxtakarlıqlarından sonra da başsız qalan ETSN tərəfindən hələdə vəzifədə tutulur. Və, hələ də A. Məmmdəova "gözün üstə qaşın var" deyən yoxdu!