Lənkəran MERO-suda GƏNCƏliləşir – Yeni rəis barədə ilginc iddialar...

28-02-2017, 19:39           
Lənkəran MERO-suda GƏNCƏliləşir – Yeni rəis barədə ilginc iddialar...
Region sakinlərinə qənim kəsilən Lənkəran rayon MERO rəhbəri Tariyel Məmmədov yeni qaydalar, yeni hökmlər tətbiq edib. Özündən əvvəlkinə rəhmət oxutmaq görünür hər yeni gələnin vaz keçilməz prinsipinə çevrilib.

Kimdir Tariyel Məmmədov?

Bu şəxs haqqında hər – hansı müsbət informasiya ilə qarşılaşmaq olmur. Bu cür şəxsin Gəncə kimi ölkənin ikinci böyük şəhərində MERO rəisi vəzifəsində olması DİN sisteminə müsbət divident gətirmir. Göygöl, Samux, Daşkəsən, Naftalan rayonları da daxil olmaqla 5 regiondan imtahana gələn və “kəsilən” vətəndaşlar MERO rəisi və ətrafındakı şəxslərə müraciət edirlər. Əvvəlki işlədiyi MERO-da “prava” 1200-1500 manat qiymətində idi. Hətta yaxın çevrəsinə qeyri-rəsmi şəkildə bəyan edib ki, bu pulların yalnız 25-30 faizi ona çatır, yerdə qalan hissəsi nazirlikdə bölüşdürülür. Əlbəttə ki, bu ittiham çox ağırdır. Cənab R.Usubov və R.Zeynalovun adını bu tip qalmaqallarda hallandırmaqla DİN sisteminin nüfuzuna Gəncəbasar bölgəsində ciddi xələl gəlir. Növbəti dəfə DİN-nin adının bu tip qalmaqallarda hallanması deyəsən Lənkəranda baş verir. T,Məmmədov Gəncə MERO-da işlədiyi dövdə milyonları mənimsəyərək OLİQARXLAR sırasına keçid edə bilib. Mətbuatda artıq dərc edilmiş məlumatlara istinad etsək görərik ki, T.Məmmədov 750 min dollara bu vəzifəyə təyin olunduğunu yaxın çevrəsinə də açıqlayıb. T.Məmmədov yaxın ətrafının yanında bildirib ki, imtahandan kəsilən olmasa onların rüblük “haqqı”nı nazirliyə öz cibindən çatdırmalı imiş. Ona görə də MERO rəisinin təlimatı əsasında imtahana gələnlər ən azı praktikada kəsilir və pul verməyə təhrik olunurlar. T.Məmmədov barəsində iddialar yeni deyil. İnternetdə bu ad-soyadı yazaraq axtarış verilsə, onun barəsində çoxsaylı ittihamlara və neqativ məlumatlara, rüşvət iddialarına rast gəlmək olar.

T.Məmmədov Gəncə MERO-da işlədiyi dövrdə nələri əldə edib..?

Media vasitəsi ilə cəmiyyətə məlum olan bəzi şəxsi məlumatlar var ki, qarşı tərəf olaraq buna münasibət buildirmədiklərindən həqiqət saymaq olar. Ataların “Od olmayan yerdən tüstü çıxmaz” misalı lap yerinə düşər ki, el arasında da susmağı razılıq əlaməti kimi qəbul edilir. T.Məmmədovaıaid olduğu iddia edilən və mediada dərc edilən məlumatları təkrar oxucuların diqqətinə təqdim edirik:

- 150.000 dollar qiymətində olan Mercedess CL markalı CİP,
- Oğlunun idarə etdiyi 100.000 dollar qiymətində olan Lexsus CS 350 markalı avtomobil,
- “Torqovı” küçəsində yerləşən “ADİDAS ” dükanının üstündə mənzil,
- İSR-PLAZA ilə üzbəüz yerləşən binada 1.250.000 manatlıq mənzil,
- Fəvvarələr meydanında yerləşən 2.000.000 manat qiymətində olan “Ciko” adlanan geyim mağazası,
- “Axundov bağı”nın ətrafında yerləşən binada 600.000 manatlıq mənzil,
- “İçərişəhər” metrosunun yaxınlığında yerləşən binada 1.000.000 manatlıq mənzil,
- Bayılda 20.000 000 manat qiymətində olan Hotel (Panorama),
- Arxasında 5.000.000 manat qiymətində olan villa…


Təbii ki yalnız məmur maaşı ilə dolanmalı olan bir şəxsin əldə etdiyi bu qədər varidatın bu qədər heyrətlədirici rəqmlərlə müşayət olunması sıradan bir məsələ deyil. Gəncədən Bakının ən prestijli ünvanına qədər əli uzanan 9 saylı MERO rəisinin ölkə hüdudlarından kənarda da əmlakının olması istisna deyil. Nəzərə alsaq ki, Türkiyə, Çexiya, Yunanıstan və Balkan ölkələrində daşınmaz əmlak ölkəmizlə müqayisədə daha ucuzdur, yuxarıdakı məbləği xərcləyən T.Məmmədov üçün Avropanı “fəth” etmək o qədər də çətin olmaz.

- 20 milyon manat dəyəri olan 4 ulduzlu, klassik üslublu, şəhərin mərkəzinə yaxın yerləşən EAST LEGEND PANORAMA HOTEL 2006-cı ildə inşa edilib. Hər halda cənab rəisin bu iddialara rəsmi şəkildə münasibət bildirilməsi həm maraqlı. Həm də KİV haqqında qanuna uyğun olardı.


LƏNKƏRAN MERO isə yeni qaydalarla idarə edilir.

Prezidentin dəfələrlə çıxışlarında “Xalqın ilk xidmətçisi mənəm. Əgər mən xalqıma xidmət edirəmsə, mənim təyin etdiyim məmurlarda vəzifə səlahiyyətlərini aşmadan etik normalara riayət edərək xalqa xidmət etməyə borcludurlar” Ölkə rəhbərinin çıxışlarını qulaqardına vuran, MERO rəhbəri Lənkəranda da imperiya qurmaq iddiasına düşüb. Etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, Cənub bölgəsində MERO rəhbəri vətəndaşları şəxsən qəbul etmir və hətta alçaldıcı formalarla yeni qurduğu sistemi tətbiq etməyə çalışır.

Lənkəran MERO-da GƏNCƏləşir?

Lənkərana təyin edilən T. Məmmədov Gəncədə qurduğu rüşvət karuselinin yeni formatını Lənkəranda da tətbiq edir. Gəncədə Məmmədov MERO rəisi vəzifəsində işləyərkən diqtəsi ilə hərəkət edən kadrlarını da ətrafına toplayır. Mənbənin bildirdiyinə BakuNews.az-a bildirdiyinə görə Tariyel Məmmədovun qəbuluna düşmək vətəndaşlar üçün olduqca müşkül məsələdir. İş otaqının qapısına qəbul günlərinin tarixi və saatı vurulsa da bunlar formalıqdan başqa bir şey deyil. T.Məmmədovu görmək istəyən onun özü ilə Gəncədən gətirdiyi kadrına yaxınlaşmalıdır.


Mövzuya qayıdacağıq.

Redaksiyadan: Yazıda adı çəkilən qrum və ya şəxslərin də mövqeyini dərc etmyə hazırıq.

BakuNews.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.