3 milyonluq yeyinti nazir müavinini bitirir - Hay-küylü həbslər

6-03-2017, 10:11           
3 milyonluq yeyinti nazir müavinini bitirir - Hay-küylü həbslər
Uzun illər Azərbaycan Dəmir Yollarının rəisi işləmiş, sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərov həbs edilə bilər.

Gununsesi.info-nun hüquq-mühafizə orqanlarındakı mənbədən əldə etdiyi məlumata görə, Arif Əsgərovun yaxın qohumu (həyat yoldaşının xalası oğlu) Emin Cəfərov barəsində həbs-qətimkan tədbiri seçilib. Onun həbsinə səbəb isə ayrı-ayrı özəl şirkətlərin rəhbərlərindən külli miqdarda alınan vəsaitlər olub. Araşdırmalar zamanı bəlli olub ki, Emin Cəfərov iş adamlarından Dəmir Yolları üçün tenderlərin qalibi olmağın müqabilində üst-üstə 3 milyon manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Mənbəmizin sözlərinə görə, həmin pullar Arif Əsəgərovun adı ilə alındığından onun özünün də istintaqa cəlb olunacağı bildirilir. Xəbərdə qeyd olunur ki, 3 milyon vəsaitinin dələduzluq yolu ilə mənimsənilməsinə dair şikayət xeyli müddət edilsə də araşdırması nəqliyyat nazirliyinin ləğvindən və Arif Əsgərovun işsiz qalmasından sonra başlanıb. Araşdırmanın birinci mərhələsində Emin Cəfərov həbs edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru