Bakıda rektor 24 yaşlı oğlunu prorektor təyin etdi

6-03-2017, 17:08           
Bakıda rektor 24 yaşlı oğlunu prorektor təyin etdi
Təhsil sistemində gənclərin yüksək vəzifələrdə təmsil olunması nadir rast gəlinən hadisədir. Xüsusilə ali məktəblərdəki idarəetmədə daha təcrübəli, peşəkar kadrlara üstünlük verilir.
teref.az axar.az-a istinadən bildirir ki, Bakı Avrasiya Universitetinin rektoru Nazim Hüseynli bu sahədə fərqlənib. Rektor öz oğlu Günhan Hüseynlini universitetin İnzibati idarəetmə üzrə prorektor vəzifəsinə təyin edib.
G.Hüseynli 1991-ci ildə Bakıda anadan olub. 2009-cu ildə M.Rüstəmov adına 32 saylı orta məktəbi, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə ixtisası üzrə bitirib.
2013-cü ildən, 22 yaşından isə Bakı Avrasiya Universitetinin İnzibati idarəetmə üzrə prorektoru vəzifəsində çalışır.
Universitetdə gənclərlə dinamik fəaliyyətinə görə Gənclər və İdman Nazirliyi, eləcə də Yeni Azərbaycan Partiyası tərəfindən fəxri fərmanlarla təltif olunub.
2012-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Subaydır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru