Ət alışı ilə bağlı xəbərdarlıq

7-03-2017, 08:37           

"Novruz bayramı ərəfəsində ətlərin keyfiyyətinə nəzarət daha da gücləndirilib". teref.az xəbər verir ki, bunu Axar.az-a ətlərin keyfiyyətinə olunan nəzarət barədə danışan Dövlət Baytarlıq Nəzarəti xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.
Onun sözlərinə görə bu sahədə ciddi nəzarət var: “Hər il təşkil olunmuş bayramqabağı yarmarkalara baytar mütəxəssisləri cəlb olunur. Həm bazarlarda, həm kəsim məntəqələrində faəliyyət göstərən sanitariya-ekspertiza laboratoriyaları həmin kəsimlərə və ətlərə tam nəzarəti həyata keçirir. Biz ətin qiymətinə yox, keyfiyyətinə cavabdehik. Qiymət isə ətin keyfiyyət göstəricisi deyil. Dövlət Baytarlıq qeydiyyatından keçmiş bazarlardan, mağazalardan, satış məmtəqələrində olan ətlərin keyfiyyətinə tam nəzarət olunur. Ona görə ətin bu yerlərdən alınması məsləhətdir. Üzərində möhür və arayış olmayan ətləri qətiyyən almaq olmaz. Küçədə, gizli və daha çox bina arxasında kəsilən heyvanların ətindən istifadə məsləhət görülmür. Çünki həmin ətlərinin keyfiyyətinə nəzarətin necə olduğu məlum deyil”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru