Şok: 400 minlik toy edən məmurun işi Mədət Quliyevlə Zakir Qaralovda - İstintaq

15-04-2018, 23:40           
Şok: 400 minlik toy edən məmurun işi Mədət Quliyevlə Zakir Qaralovda - İstintaq
Qızına 400 minlik toy edən məmurun kürəkəni ilə bağlı məhkəmə prosesi başlanır

Nərimanov Rayon Məhkəməsində keçiriləcək proses baş liftçi Qüdrət Şükürovu gündəmə gətirib.

Bakı Lift İdarəsinin rəisinin kürəkəni iddia edib ki, onu döyüblər. Döyən isə guya Q.Şükürovun keçmiş kürəkəni Elşən Əsgərli olub.

Hakim İslam Qurbanovun sədrliyi ilə keçiriləcək ilk iclasda rəisin keçmiş kürəkəni və dostları Azər Nəsibov, Nuray Bayramlı da iştirak edəcək.

İttiham aktında yazılanlara inansaq, El.Əsgərli keçmiş arvadı, Aysel Şükürovanın indiki əri Oktay Əhmədova qarşı xuliqanlıq edib.

Qarşı tərəf isə əksini iddia edir və hücuma məruz qaldıqlarını söyləyir. Sadəcə, lift idarəsi rəisi öz imkanlarından istifadə edərək işi xeyrinə dəyişib.

E.Əsgərlinin atası Rafael Əsgərov deyir ki, əslində döyülən də, iş üzrə təqsirləndirilən şəxs statusuna gətirilən də onun oğludur:

“Mənim oğluma qarşı 3 dəfə cinayət törədilib. Elşən Qüdrət Şükürovun qızı ilə boşanandan sonra öz uşağı ilə görüşmək istəyərkən onu bağa çağırmışdılar.

Ona demişdilər ki, uşaq bağdadır. Elşən bağa gedəndə isə gözətçini öyrədib, ona hücum etdirmişdilər. Onda da gözətçini cəzalandırmaq əvəzinə, Elşəni günahlandırıb 500 manat cərimə etdilər.

İkinci dəfə Oqtay və onun dəstəsi oğlum Elşəni metronun ”Gənclik” stansiyasının yanına guya danışığa çağırıb onu beysbol bitası ilə döydülər. Sonra da maşının nömrələrini qopardıb aparmışdılar.

Şikayət etdikdən sonra Oqtay maşının nömrələrini yol polisinə təhvil vermişdi. Amma indiyə qədər Nəsimi rayonu ərazisində baş verən hadisənin şahidləri dindirilməyib”.

Q.Şükürov prezidentin qəzəbinə tuş gəlmiş məmurdur. Sadəcə, onu qoruyan qüvvələr işi ört-basdır etməyə çalışıblar.

Heç bir istisna yoxdur ki, baş liftçi vəzifəsindən kənarlaşdırılacaq. Çünki qızına 400 minə töy edən məmurun bu pulları hardan əldə etdiyi təftiş olunub.

Məlum olub ki, milyonlar büdcədən silinib və Bakıda liftlər yenilənməyib. Prezident isə bildirib ki, məmurlar təvazökar olmalı, toy-büsat edəndə sadəlik nümayiş etdirməlidirlər.

Məhkəmə işinə gəlincə, təqsirləndirilənin atası bildirib ki, hadisənin baş verdiyi yerdə olan kameraların görüntüləri ortaya qoyulmayıb:

“İşi Pərviz adlı müstəntiq aparırdı. Ondan soruşuruq ki, niyə hadisə yerində olan kameraların görüntüləri ortaya qoyulmur? Deyir ki, guya kameralar işləməyib.

Həmin işi faktiki olaraq dayandırıblar. Qüdrət Şükürov mənə özü deyib ki, Elşəni həbs etdirəcəyəm. Bu adam açıq-aşkar deyir ki, sizdən qisas alacağam.

Çünki siz mətbuatda mənim haqda danışandan sonra korrupsiya idarəsi məndən 10 milyon pul alıb. Bunun qisasını sizdə qoymayacağam”.

Elşən Əsgərlinin atası Rəfael Əsgərov Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək Qüdrət Şükürovun korrupsiya əməllərini araşdırmağa çağırıb.

Onun müraciətindən sonra prokurorluq və DTX tərəfindən araşdırmalar aparıla bilər. Bu versiya istisna deyil. Əslində, Şükürovu qoruyan Hacıbala Abutalıbovdur. Mer gedərsə, baş liftçi də vəzifədən qovulacaq.

Sərəncama əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb.

Lakin ayrılmış vəsaitin hansı şəkildə xərclənməsi bir qədər qaranlıq qalır. Çünki şəhərimizdə binaların liftlərinə diqqət yetirsək görərik ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşır.

Köhnə binalardakı liftlərin çoxu baxımsız qalıb. Birliyin əməkdaşları nasaz liftləri vaxtında təmir etmirlər.

Buna görə də köhnəlmiş liftlər əhali üçün ölüm kabusuna çevrilib. Qanunla liftlər il ərzində bir neçə dəfə yoxlanılmalıdır. Əgər texniki şərtlərə cavab vermirlərsə, istismardan çıxarılmalıdır.

Təəssüf ki, “Lift-Təmir” İstehsalat Birliyinin rəhbərliyi bu məsələdə üzərinə düşən səlahiyyətləri lazımi səviyyədə icra edə bilmir. Texniki cəhətdən yararsız olan, insan həyatı üçün təhlükə yaradan liftlər hələ də istismardadır.

Fia.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.