Goranboy rayon Təhsil şöbəsində qanunsuzluq baş alıb gedir - Mehriban xanıma müraciət olundu İTTİHAM
15-09-2018, 09:14

Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu oxuculara təqdimedirik. Şikayətçi yuxarı instansiyalara ünvanlanmış məktubunda yazır:
Azərbaycan Respublikasının
1-ci Vitse Prezidenti
Mehriban xanım Əliyevaya
Surəti: Azərbaycan Respublikasının Təhsil Naziri
cənab Ceyhun Bayramova
Surəti: Azərbaycan Respublikasının Hesablama
Palatasının sədri cənab Vüqar Gülməmmədova
Surəti: Azərbaycan Respublikasının Maliyyə Naziri cənab Samir Şərifova
Surəti: Azərbaycan Respublikasının TəhsilNazirliyinin 8 saylı ərazi maliyyə
hesablaşma mərkəzinin rəisi cənab Vüsal Məmmədova
Goranboy rayon Qızılhacılı qəsəbə sakini
Eminov Neman Bayram oğlu tərəfindən
Tel: 070 530 15 97
050 445 13 60
Ş İ K A Y Ə T Ə R İ Z Ə S İ
Yazıb Sizə bildirirəm ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan, Gəncə şəhərində yerləşən 8 saylı ərazi maliyyə hesablaşma mərkəzində mənim “facebook” səhifəmə məlumat göndərildi ki, 2017-ci ilin sentyabr ayından Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində qeyri-ixtisaslı Fidan Həsənli Psixoloq vəzifəsində çalışır, ixtisası kitabxanaçı olduğu üçün onun əmək müqaviləsinə 30 iyun 2018-ci il tarixində xitam veriləcək. Ancaq, çox təəssüflər olsun ki, yeni tədris ilində yəni 2018-ci ilin sentyabr ayından Fidan Həsənli yenə də qeyri ixtisaslı ola ola psixoloq vəzifəsində çalışır. Bu nə dərəcədə qanuna uyğundur?
Goranboy rayon Təhsil şöbəsinin tabeliyində olan ümumtəhsil məktəblərində, xüsusi ilə rayonun Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbində və Qızılhacılı qəsəbə 2 saylı tam orta
məktəbində kifayət qədər saxta diplomla ( hətta eləsi var ki, diplomsuzdur) müəllim və digər məsul vəzifələrdə çalışanlar var.
Nə üçün bu saxta diplomla məktəbdə müəllimlər bu günə kimi vəzifələrində saxlanılırlar? Təhsil Nazirliyi, Əmək müfəttişliyi, Maliyyə Nazirliyi buna göz yumurlar.
Məktəbdə elə müəllimlər var ki, vakatn olmadığı halda Təhsil Nazirliyinin təşkil etdiyi test imtahanından keçməyərək məktəbə müəllim vəzifəsinə işə qəbul ediliblər. Hal-hazırda Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinə direktor vəzifəsinə 2018-ci ilin iyul ayından gətirilən Qabil Həsənov direktorların işə qəbul imtahanından və yerdəyişmə imtahanından keçməyərək, müvafiq müsabiqə balı toplamadan başqa bir kənddən Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbinə direktor vəzifəsinə gətirilib.
Goranboy rayon təhsil şöbəsində çalışan bir neçə məsləhətçilər var ki, dövlət qulluğu imtahanından və Təhsil Nazirliyinin müsahibə komissiyasından keçməyərək məsləhətçi vəzifəsinə yiyələniblər.
İnanıram və ümid edirəm ki, yuxarıda qeyd etdiyim qanuna uyğunsuzluqlar aidiyyatı qurumlar tərəfindən obyektiv araşdırılacaq.
Hörmətlə : N.B.Eminov
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az