İstanbulda 20 milyonluq lüks avtomobil yanıb kül oldu

20-05-2025, 17:14           
İstanbulda 20 milyonluq lüks avtomobil yanıb kül oldu
Hadisə bu gün saat 13:00 radələrində İstanbulun Hasdal-Kəmərburqaz yolunda baş verib.

34 CAA 08 dövlət nömrə nişanlı Ferrari olduğu iddia edilən avtomobilin mühərrik hissəsində naməlum səbəbdən yanğın baş verib.

Tüstünü görən sürücü maşını yolun kənarına çəkib və yanğınsöndürənlə alovu söndürməyə çalışıb.

Lakin yanğın sürətlə böyüdüyü üçün avtomobildə kiçik partlayış baş verib və avtomobil qısa müddətdə tamamilə yanıb.

Xəbər verildikdən sonra hadisə yerinə yanğınsöndürənlər və polis qrupları sövq edilib. Yanğına müdaxilə edən yanğınsöndürənlər alovu söndürüb və soyutma işləri həyata keçirib.

Polis hadisə ilə bağlı araşdırma başladarkən, yanan avtomobilin dəyərinin təxminən 20 milyon lirə olduğu öyrənilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru