"Elə meyxanaçılar var ki, zəng edib qəbuluna düşə bilmirəm, əsəbləşirəm”

Bu gün, 10:40           
"Elə meyxanaçılar var ki, zəng edib qəbuluna düşə bilmirəm, əsəbləşirəm”
Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var. Meyxanaçının yaxın dostu Ağamirzə Məmmədov bu haqda Moderator.az-a açıqlama verib:

“Ağakərimin səhhəti olduğu kimidir. Bir dəyişiklik yoxdur. İki gün əvvəl doğum günü idi, oğluyla bir yerdə idim. Oğlu deyir ki, dəyişiklik yoxdur. Həkimlər heç nə edə bilmədilər. Ümid kəsilib. Həkimlər tapşırıb ki, ona heç nə etmək olmaz, yerindən tərpətmək olmaz. Bir vaxtlar var idi ki, Kərim sağımda idi. İndi bir tərəfim boş qalıb. Biz Kərimlə sonuncu dəfə Kərimlə müğənni Dənizin oğlu Əlinin xeyir işində iştirak etdik. O vaxt Kərimin halı bir az yaxşı deyildi. Kərim pilləkənləri çıxanda özünü narahat hiss edirdi. Meyxana deyəndə də hiss etdim ki, Kərim o Kərim deyil. Kərimlə bir yerdə sonuncu məclisimiz bu oldu. Elə deyirdi xəstəyəm-xəstəyəm, amma ortalıqda bir şey yox idi” deyə meyxanaçı bildirib.

Ağamirzə Məmmədov bildirib ki, bu gün meydan nisbətən boş qalıb:
“Hər kəsin öz yeri var. Amma Kərimdə olan səs, avaz hələ bir meyxanaçıda yoxdur. Mən rastlaşmamışam. Bu gün bəyəndiyim meyxanaçılar da var, bəyənmədiklərim də. Bəzən efirə çıxıb lazımsız mövzulardan danışırlar. O gün bir neçə adlı-sanlı meyxanaçıya yığıb demişəm ki, efirə çıxanda artıq-əskik danışma. Sözümü eşidirlər. Elə meyxanaçılar da var ki, mən zəng edib onların qəbuluna düşə bilmirəm. Yaxın adamlar var ki, deyirlər ki, filankəsi istəyirik. 3-5 dəfə zəng edirəm götürmürlər, sonra hirslənirəm. Elələri də var içərisində. Əgər zəngimi götürməyəcəkdinsə niyə nömrəni verirsən? Məsləhət deyil vermə telefon nömrəni. Verdinsə zəhmət çək mənə də cavab ver” deyə meyxanaçı bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.