Ermənistan hökümətinin xalqından gizlətdiyi itkiləri VİDEO

23-04-2015, 11:30           
Ermənistan hökümətinin xalqından gizlətdiyi itkiləri VİDEO
Ermənistanın hərbi rəhbərliyi erməni hərbçilərin olduğu yük maşının minaya düşdüyünü təsdiqlədi. Amma heç bir itkinin olmadığını deməklə. Qəribə vəziyyət yaranır. Maşın partlayıb, erməni əsgəri isə yara belə almayıb.

Görünür bu ölkənin hərbçiləri hansısa fantastik zirehli skafandr geyinib. Bunun başqa açıqlaması sadəcə olaraq yoxdur.

Azərbaycan Müdafiə Nazirliyi isə partlayış nəticəsində 10 erməni əsgərin öldüyünü açıqlayıb.

Yəqin ki, bu barədə rəsmi İrəvan da xəbərdardır. Ancaq xalqdan və qondarma soyırımın ildönümünü qeyd etməyə gələn qonaqlardan gizlədir. Ermənistanın paytaxtına 4 prezident gəlməlidir. Baxmayaraq ki, dəvət göndərilən dövlət başçıları 30 dəfə çox idi.

Ən əsası isə odur ki, ekspertlərin fikrincə "ən gözəl beşinci nöqtə" hesab edilən Kim Kardaşyan İrəvana gəldi. Burada o xoş iş gördü və ac erməni fanatlarına pizza payladı.

Bax belə. Erməni hökuməti heç kimin əhval ruhiyyəsini korlamamağa çalışır. Amma həqiqət gec-tez üzə çıxacaq. Oğularını itirən erməni anaları küçələrə, meydanlara çıxaraq hokumətdən müharibəni dayandırmağı tələb edirlər.

2015-ci ilin əvəllərindən ölən erməni hərbçilərin sayı Azərbaycan Ordusunun cavabları nəticəsində dəfələrlə artıb. Bu Qafqaz ölkəsinin rəhbərliyi üçün yaranmış vəziyyətdən bir çıxış yolu var. Onu da Azərbaycanın dövlət başçısı İlham Əliyev dedi "Ölmək istəmirsinizsə, evinizə - Ermənistana qayıdın".
[media=https://www.youtube.com/watch?v=R_yNe5K5uvc]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.