Milli Şuranın Koordinasiya şurasının ötən gün keçirilən toplantısında mayın 3-də mitinq keçirilməsi barədə qərar qəbul edilib. Bu barədə “Qafqazinfo”ya MŞ-nın Mətbuat Xidmətinin rəhbəri Oqtay Gülalıyev məlumat verib. O bildirib ki, mitinq “Talana son” şüarı ilə Məhsul stadionunda keçiriləcək. Mitinqi razılaşdırmaq üçün gün ərzində Bakı Şəhər İcra hakimiyyətinə müraciət ediləcək.