Azərbaycanlı jurnalist Anar Həsənovun etirazı rusiyalı general Leonid İvaşovu özündən çıxarıb
29-11-2015, 09:41
Rusiyalı general- polkovnik Leonid İvaşov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Əhməd Davudoğlunun “Qarabağı Azərbaycanla birlikdə azad edəcəyik” fikrinə münasibət bildirərək, o zaman Rusiya da Ermənistanın yanında olacaq- deyib.
Lider Tv-nin Rusiyadakı müxbiri Anar Həsənov -Bu yanaşmanızla siz Rusiyanın rəsmi mövqeyini təhrif etmiş olursunuz-deyə ona kəskin etiraz edib.
Bu gün TASS agentlyində Rusiya-Türkiyə gərginliyi ilə bağlı rusiyalı general Leonid İvaşov jurnalistlər üçün mətbuat konfransı keçirib. Türkiyə -Rusiya qarşıdurması konteksində Ermənistan -Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin xatırlanması və Əhməd Davudoğlunun “Qarabağı Azərbaycanla birgə azad edəcəyik”- fikrinə Moskvadan reaksiya bildirilib.
Rusiyalı general Leonid İvaşov emosiyalı vəziyyətdə Rusiyanın mövqeyini də təhrif edərək ikitərəfli münasibətlərimizə yaraşmayan fikirlər işlədib. Lider TV-nin Rusiyadakı nümayəndəsi generalı ilk növbədə öz dövlətinin rəsmi mövqeyinə hörmət etməyə çağırıb.
Bu günə kimi bir dəfə də olsun Azərbacan əleyhinə çıxış etməyən Rusiya Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsinin sabiq rəisi, general polkovnik Leonid İvaşov Əhməd Davudoğlunun “Biz Qarabağı azad edəcik” bəyanatına münasibət bildirərkən bunları deyib:
“Bu gün Əhməd Davudoğlu deyir ki, Qarabağı Azərbaycanla birgə azad edəcək. Qoy bilsinlər ki, Rusiya o zaman Ermənistanın yanında olacaq!”
Lider TV- nin Rusiya üzrə xüsusi müxbiri ,-“Rusiya prezidenti Azərbaycanı strateji əməkdaş olan dövlət adlandırır. Azərbaycan Rusiyaya bütün beynəlxalq təşkilatlarda dəstək verir. Biz Rusiya ilə hərbi əməkdaşlıq edir, Rusiyadan strateji müdafiə sistemi S -300 favoriti alırıq. Yəni bizim aramızda dost, qardaş münasibətləri var. Belə faktlar olduğu təqdirdə, siz nə əsasla Rusiyanın rəsmi mövqeyini təhrif edərək, həm də bilə-bilə ki, Qarabağ Ermənistan torpağı deyil, deyirsiz ki, Azərbaycan öz ərazilərini – Qarabağı azad etməyə cəhd edərsə, Rusiya təcavüzkar Ermənistana yardım edəcək? –deyə soruşub.
Əslində Rusiya siyasi elitasında İvaşovun fikrinə şərik olanlar çoxdur. Amma Qarabağ münaqişəsini “Türkiyə - Azərbaycan”, “Rusiya – Azərbaycan” ittifaqında təqdim etmək ilk növbədə Rusiyaya arxadan vurulan zərbədir. Azərbaycanda Ermənistandan fərqli olaraq Rusiya bayraqları yandırılmadığını xatırlatmaq da yerinə düşər. Azərbaycan indiki mürəkkəb vəziyyətdə belə öz milli maraqlarından çıxış edən və öz ordusuna arxalanan dövlətdir. Görünür, Yeltsin Rusiyasının düşüncə tərzilə çıxış edən rus generalları bu gerçəkliyi həzm edə bilmir.
/Yenises.ru/