Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 40 faizi Azərbaycanın payına düşüb

3-12-2019, 04:35           
Gürcüstanın idxal etdiyi elektrik enerjisinin 40 faizi Azərbaycanın payına düşüb
Cari ilin yanvar-noyabr aylarında Gürcüstan 1415 milyon kilovat/saat elektrik enerjisi idxal edib. Bu da 2018-ci ilin 11 ayı ilə müqayisədə 10 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcüstanın Elektrik Enerjisi Sisteminin Kommersiya Operatoru” məlumat yayıb.

Məlumatda deyilir ki, noyabr ayında isə Gürcüstan ümumilikdə 200 milyon kilovat/saat elektrik enerjisi idxal edib. Bu da illik müqayisədə 10 faiz azdır.

Gürcüstanın noyabr ayında idxal etdiyi elektrik enerjisinin 60 faizi Rusiyanın, 40 faizi isə Azərbaycanın payına düşüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru