"Üçüncüsü, bu, ruslara Kadırovu aradan götürmək istəyən böyük çoxluğun ...."
25-04-2015, 12:58
“Rusiya Üçüncü Çeçen Müharibəsini başlaya bilər”.
Axar.az xəbər verir ki, bu açıqlama ilə amerikalı ekspert Pol Qobl çıxış edib.
Onun sözlərinə görə, Moskvada Ukraynadan çıxması üçün bəhanə lazımdır:
“Kadırovun çeçen hərbçilərinə Rusiyanın digər regionlarından olan silahlılara icazəsiz atəş açması haqqında əmri, həmçinin Lavrovun əsas düşmən kimi İŞİD-i gördüklərini söyləməsi Rusiya ərazisində yeni konfliktin proloqu kimi başa düşülə bilər. Bu müharibə Putinə bir neçə imkan qazandırmış olardı. İlk növbədə o, Qərbin Ukraynadan diqqətini yayındırmasına şərait yarada və bununla da dünyaya Moskva ilə Vaşinqtonun ortaq mövqedə olduğunu nümayiş etdirə bilər. İkincisi bu, Putinə Rusiyadakı vətənpərvər isteriyadan bundan sonra da istifadəyə imkan verəcək. Üçüncüsü, bu, ruslara Kadırovu aradan götürmək istəyən böyük çoxluğun dəstəyini qazandıracaq ki, Putin də ondan gələcəkdə səmərəli şəkildə istifadə edəcək. Lakin Kadırovun ortadan götürülməsi digər Şimali Qafqaz liderləri üçün də mesaj ola bilər. Onlar Putinin sədaqəti dəyərləndirməyini anlamış olacaqlar. Bundan başqa, Putin üçün ən qorxulu yuxu çeçen konfliktinin başlayacağı zaman ona müxtəlif yerlərdən külli miqdarda dəstəyin gəlməsi olacaq”.