"Zaman axarında”-“Böyük şahmat”: Bzejinski ilə Heydər Əliyevin üzbəüz oturduğu Masa – FOTOLAR

26-04-2015, 15:26           

Ölkələrin siyasi taleyi həm də vaxtında verilən düzgün qərarlardan asılıdr. Geopolitik dava-dalaşın baş alıb getdiyi bu günkü gündən geriyə boylandıqda buna bir daha əmin olursan.

Azərbaycan kimi kiçik ölkələrin varolma fürsətində və bəzilərində təəccüb yaradan bu günkü ötkəmliyinin təməlində ölkə üçün verilmiş siyasi qərarların çətin tarixi durur.

Uzaq 90-larda Azərbaycan üzərində cəmlənmiş böyük dövlətlərin geopolitik toqquşması adamı dəli edə biləcək “əsəb müharibəsi” idi. Kim-Kimi? Bakı nefti uğrunda savaş öz tarixinin növbəti qurbanlarını meydana qoymuşdu.

Rusiya və ABŞ: SSRİ-nin imperiya ləzzətini unutmamış yeni Rusiya və onu zəbun edən Amerika Qafqazada yenə üz-üzə gəlmişdi. Belə anlarda vacib olan şey bu cür “titan müharibəsi”ndə parça-tikə olmamaqdır. Tarix çox belə “xırda”ların darmadağın olmasının şahid olub..

Azərbaycan bu geopolitik savaşdan çıxa bildi. Öz maraqlarını dünya maraqları ilə uzlaşdırmağı bacardı. “Əsrin müqaviləsi” Bakı-Ceyhanı doğuraraq ölkəni imperiyanın bir az zəfiləmiş canyaqlarından çıxara bildi... Bunun üçünsə 90-ların başgiccələndirici siyasi müstəvisindən, qanlı müharibədən, torpaq itkisindən keçmək lazım gəldi.

“Zaman axarında” layihəsində sizə həmin dövrlərin bir anı həkk olunmuş bu fotonu təqdim edirik. Birqütblü dünyanın mərkəzi: ABŞ. Vaşinqton. Iyul,1997-ci il. Ağ Evdə rəsmi səfərdə olan Azərbaycan prezidenti Heydər Əliyev Amerikanın tanınmış politoloqları və keçmiş dövlət xadimləri ilə görüşür. Yemək masası arxasında prezidentə ünvananlan sualların bir mesajı var: Neft. Prezidentin cavabları da birmənalıdır: Azərbaycanın müstəqiliyi, təhlükəsizliyi və Dağlıq Qarabağ..

Fotonun çəkilməsindən azı 20 ilə yaxın müddət keçib. Çox sular axıb. Enerji uğrunda gedən müharibədə qana bələnən bu günkü Şərq siyasi səbatsızlığının bütün dəhşətini ortaya qoyub. Azərbaycanın qurtulduğu dəhşətin..

Fotoda: Prezident Heydər Əliyev, ARDNŞ-in vitse prezidenti İlham Əliyev, dövlət müşaviri Vəfa Quluzadə, səfir Hafiz Paşayev.

ABŞ –in vitse-prezidenti Dik Çeyni, dövlət müşaviri Riçard Armitac, gələcək dövlət katibi Koin Pauell və Zbiqnev Bzejinski...



strateq.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.