Gülağa Aslanlıdan ictimaiyyətə hədə: "Deməyin ki, demədi"

7-04-2015, 12:33           
Gülağa Aslanlıdan ictimaiyyətə hədə: "Deməyin ki, demədi"
Müsavat Partiyasının sonuncu məclisinin iclasında Vurğun Əyyubun üzvlükdən çıxarılmasından sonra partiya rəhbərliyinə qarşı sosial şəbəkələrdə müxtəlif tonda iradlar səsləndirilib.

Əksəriyyət hesab edir ki, V.Əyyubun məclis üzvlüyündən çıxarılması doğru qərar deyil. Partiya rəhbərliyi isə bu addımlarını onunla əsaslandırıblar ki, V.Əyyub məclisin iclaslarına qatılmadığı üçün onu bu vəzifədən azad ediblər.

Hafta.az-ın məlumatına görə, “Müsavat”ın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı isə bütün söylənilənlərə aşağıdakı cavabı verib:

“Müsavat Partiyası, onun lideri, başqanı, məclisin sədri və partiyanın strukturlarında təmsil olunan müsavatçılar barəsində yalan, iftira və böhtan yazan, yayan və paylaşanlar, özləri barədə həqiqətləri oxumalı və eşitməli olacaqlar. Deməyin ki, demədi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru