Xarici dövlətin vətəndaşlığını gizli qəbul edən Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunacaqlar

28-04-2015, 18:06           
Xarici dövlətin vətəndaşlığını gizli qəbul edən Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunacaqlar
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan vətəndaşı bu barədə Azərbaycanın müvafiq icra orqanına məlumat vermədiyi halda məsuliyyətə cəlb ediləcək.

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı Cinayət Məcəlləsinə əlavələr müzakirəyə çıxarılıb.

Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan qanunvericiliyində ikili vətəndaşlıq qadağan olunur. O qeyd edib ki, hazırkı layihəyə görə, Azərbaycan prezidenti tərəfindən Cinayət Məcəlləsinə yeni 318-2 (Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi) maddəsinin əlavə olunması təklif edilir.

Maddəyə əsasən xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə müvafiq icra hakimiyyəti orqanına bir ay müddətində yazılı məlumatın verilməməsinə görə 3 min manatdan 5 min manata qədər cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlərlə cəzalandırılma nəzərdə tutulur.

Layihə səsə qoyularaq qəbul olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.