Siyasətçilərin siyasətdə olan övladları - SİYAHI

28-04-2015, 18:22           
Siyasətçilərin siyasətdə olan övladları - SİYAHI
Qanunauyğunluq olmasa da, siyasətçi övladları bir qayda olaraq siyasətdə təmsil olunurlar. Onlardan bəziləri siyasətlə peşəkar səviyyədə məşğul olsalar da, bəziləri sadəcə siyasi partiyaya üzv olmaqla, işini bitmiş sayırlar.

Editor.az bu dəfə siyasətdə olan siyasətçi övladlarını müəyyən etməyə çalışıb.

Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalının oğlu Elçin Ağamalıyev aktiv siyasətlə məşğul olur və hazırda AVP-də Mərkəzi Aparatın rəhbəridir. Onun bu ilin noyabrında keçiriləcək parlament seçkilərində iştirak edəcəyi deyilir. Mətbuata açıqlamasında AVP sədrinin özü də oğlunun seçkilərə qatılacağını təadiq edib.

Azərbaycan Sosial Rifah Partiyasının (ASRP) sədri, millət vəkili Xanhüseyn Kazımlının oğlu Fəxri Kazımlı aktiv olmasa da, siyasi fəaliyyətlə məşğul olur. Hazırda Mərkəzi Bankın yanında İpoteka Fonduna rəhbərlik edən Fəxri Kazımlı atasının rəhbəri olduğu ASRP-nin deyil, hakim Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov da siyasətlə məşğul olur. Rusiyada bizneslə məşğul olan və bir müddət həbsdə olan Etimad İsmaylov hazırda Ədalət Partiyasında sədr müavini postunu tutur.

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin hər iki oğlu siyasətlə məşğul olur. İlkin və Turqut Qəmbər qardaşları Müsavat Partiyasına üzv olmasalar da, müxtəlif ictimai təşkilatlarda təmsil olunur və faktiki olaraq Müsavat Partiyası sıralarında yer alırlar.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bu postu məhrum atasından təhvil alıb. Bu partiyanın qurucusu və Azərbaycan Müəllimlər İnsitutunun rektoru Məmmədhənifə Musayev dünyasını dəyişəndən sonra partiyaya oğlu, politoloq Elşən Musayev rəhbərlik edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.