Milyarder İlon Mask Belarus etirazçılarına kömək edəcək?

14-08-2020, 08:42           
Milyarder İlon Mask Belarus etirazçılarına kömək edəcək?
Texnologiya sahəsində böyük nailiyyətlərə imza atan, “Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi, ixtiraçı milyarder İlon Mask Belarusdakı hadisələrə reaksiya göstərib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, İlon Mask özünün tvitter hesabından bununla bağlı verilən suala cavab olaraq fikrini ifadə edib.

Belə ki, tvitterdə Ervin Veykov niki ilə fəaliyyət göstərən bir istifadəçi etiraz nümayişlərini göstərən videomaterialla birlikdə ona “Belarus od içindədir. Qətllər, işgəncələr və döyülmələr. Avtokratlar öz seçkilərini belə qazanırlar”, deyə cümlə ilə müraciət edib.

Amerikalı milyarderin bu müraciətə şərh yazması sürpriz olub. O, “Bunu eştidiyimə görə çox üzgünəm, nə ilə kömək edə bilərəm?”-deyə abunəçisinə sual ünvanlayıb.

Qeyd etmək lazımdır ki, Ervin Veykovun müariətində İlon Maskla yanaşı, başqa milyarderlər, o cümlədən “Microsoft” şirkətinin keçmiş sahibi Bill Geyts də tag edilibmiş.

Bundan başqa, Belarusda baş verənlər “Thirty Seconds to Mars” qrupunun solisti və məşhur aktyor Cared Letonun da diqqət mərkəzinə düşüb. C.Leto öz instagram səhifəsində etirazların, iştirakçıların fotolarını yerləşdirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.