“Caliber” Sarkisyanın son açıqlamaları barədə - VİDEO

18-02-2021, 19:22           
“Caliber” Sarkisyanın son açıqlamaları barədə - VİDEO
"Caliber” müstəqil jurnalist layihəsinin "YouTube” səhifəsində Ermənistanın eks-hökumət başçısı Serj Sarkisyanın bugünlərdə verdiyi bəyanatlara aydınlıq gətirən videosüjet yayımlanıb.

Sfera.az xəbər verir ki, süjetdə qeyd olunur ki, fevralın 16-da Ermənistanın keçmiş baş-naziri Serj Sarkisyan "ArmNews” telekanalına müsahibəsində 44 günlük mühribə dövründə İrəvanın Azərbaycanın neft infrastrukturu obyektlərinə qarşı "İskəndər” raket kompleksindən istifadə etməli olduğunu bildirib. Siyasətçi bu addımın atılmadığına görə təəccübləndiyini, raket kompleksinin məhz elə bu məqsədlə əldə olunduğunu qeyd edib. Faktiki olaraq, qonşu dövlətin ərazisində terror aktı törətməyə çağırış edən keçmiş hökumət başçısı utanmadan Azərbaycanı Xankəndi və Xocavəndi atəşə tutmaqda da ittiham edib. Onun sözlərinə görə, Azərbaycan ordusunun başlıca hədəfləri "Qarabağ müdafiə ordusunun” qərərgahı və elektrik stansiyası olub.

Layihənin müəllifləri Sarkisyanın bu sözlərinin açıq-aydın bir yalan olduğunu bəyan edir, qeyd edilən ərazilərdə hərbi obyektlərin mövcudluğunun heç kəsdə şübhə doğurmadığını bildirir və bunu əsaslı dəlillərlə sübut edirlər.

Daha ətraflı "Caliber”in "YouTube” kanalındakı videosüjetdə.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru