Xanumyan: “Qarabağda seçkilər Azərbaycan qanunvericiliyinə uyğun keçiriləcək”

18-02-2021, 19:25           
Xanumyan:
Məlum olduğu kimi, Dağlıq Qarabağda yerli özünüidarə orqanlarına seçkilərin keçirilməməsi barədə qərar Ermənistanda böyük ajiotaj yaradıb. Erməni millətçiləri bildiriblər ki, bu qərarı imzalayan Arayik Arutyunyan Azərbaycanın maraqlarını müdafiə edən sənədlə əslində əsl kimliyini ortaya qoyub.

KONKRET.az xəbər verir ki, Arayikin bu addımını millətçilər satqınlıq kimi qələmə veriblər. Dağlıq Qarabağın erməni icmasının tanınmış simalarından biri olan Ayk Xanumyan seçkilərin keçirilməsinin qeyri-mümkünlüyü barədə xüsusi açıqlama vermək məcburiyyətində qalıb.

O deyib ki, “İstəsək də, belə bir seçkiləri keçirmək mümkün olmayacaq”:

“Çünki seçkilərin keçiriləcəyi 11 icmadan 5-i Azərbaycan Ordusunun tam nəzarəti altındadır. Orada yaşamış sakinlər müharibədən sonra Ermənistanın müxtəlif yaşayış məntəqələrində məskunlaşıblar.

Digər tərəfdən, hərbi əməliyyatlar zamanı üç icmanın rəhbəri öldürülüb. Daha səkkiz icma liderinin öz ifadələri əsasında səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

Ayk Xanumyan erməni cəmiyyətinə bəyan edib ki, yerli özünüidarəetmə qanunvericiliyinə dəyişikliklər etmək üçün fəal iş aparılır. O, bununla eyham vurub ki, Qarabağda seçkilər Azərbaycan qanunvericiliyinə uyğun təşkil ediləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru