Patent almış deputatlar və rəsmilər – SİYAHI

1-05-2015, 13:25           
Patent almış deputatlar və rəsmilər – SİYAHI
Elm sahəsində nailiyyətlər əldə etmiş deputat və məmurların siyahısıməlum olub. Lent.az modern.az-a istinadən həmin siyahını təqdim edir:

Cəlal Əliyev - Biologiya üzrə elmlər doktoru, akademik Cəlal Əliyev bir çox elmi əsərlərin, müəlliflik şəhadətnamələri və patentlərin müəllifidir. Deputatın müəlliflik şəhadətnamələri və patentlərinin sayı 25-dir. Xaricdə çar olunan elmi əsərlərinin sayı 380-dir. 1980-ci ildən Azərbaycan Elmlər Akademiyasının akademikidir.

Abel Məhərrəmov - Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da patent alan deputatlar sırasındadır. Kimyaçı alim bu sahədə məhsuldarlığı ilə seçilir. Yasamal rayonunu təmsil edən deputatın xaricdə 610 elmi məqaləsi çıxıb. Müəlliflik şəhadətnamələri və patentlərin sayı isə 53-dür.

Əhliman Əmiraslanov - Azərbaycan Tibb Universitetinin rektoru, AMEA-ın akademik-katibi akademik Əhliman Əmiraslanov tibb sahəsində patent almaq nə qədər çətin olsa da, bunu bacarıb. Elə bu səbəbdən də rektorun adı Milli Məclisin patent alan deputatları sırasındadır. Onun xaricdə 198 elmi məqaləsi çar olunub. Müəlliflik şəhadətnamələri və patentlərin sayı isə 5-dir.

Humanitar və sosial elmlər sahəsində isə patent almaq XXI əsrdə, eləcə də başqa vaxtlarda dəqiq elmlər, təbiət, tibb və kimya sahələri ilə müqayisədə demək olar çox nadir hallarda həyata keçirilir. Odur ki, Milli Məclisdə humanitar elmlər sahəsini təmsil edən deputatların bir neçəsi patent olmasa da, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin müəllifidirlər.
Patent ortaya çıxarılan hər hansı maddi məhsula, nəzəriyyəyə verilir. Məqalənin referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunması artıq onun dünya elminə yeni nəzəri-humanitar ideya verməsi deməkdir.

Milli Məclisin deputatlarından professor Gövhər Baxşəliyevanın (şərqşünaslıq) 15, professor Yaqub Mahmudovun (tarix) 28, akademik Rafael Hüseynovun isə bu tirli 6 məqaləsi indeksli jurnallarda çar olunub. Bu isə yeni, orijinal nəzəri ideyalar deməkdir.
İqtisadiyyat sahəsini təmsil edən deputatlar akademik Ziyad Səmədzadə və professor Şəmsəddin Hacıyevin də bu siyahıda adı var. Ziyad Səmədzadənin referatlaşdırılan və indeksləşdirilən jurnallardakı nailiyyətlərinin sayı 50-dən çoxdur.

Deputatlarla bərabər bir neçə dövlət rəsmisi də elm sahəsində müəlliflik şəhadətnaməsi və patentlər əldə ediblər.
Əli Abbasov - Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasovun da informatika, avtomatika sahəsində xeyli sayda uğurlu məqalələri və nailiyyətləri var.
Nazir-akademikin xaricdə 100-dən çox elmi məqaləsi çar olunub. Müəlliflik şəhadətnamələri və patentlərin sayı isə 9-dur. O, 2011-ci ildən etibarən Elmlər Akademiyasının həqiqi üzvüdür.
Xoşbəxt Yusifzadə - Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, geologiya-minerologiya elmlər doktoru akademik Xoşbəxt Yusifzadənin fəaliyyəti isə rraktik səciyyəvi olub. Bunun nəticəsində Xəzər dənizində ölkə iqtisadiyyatını gücləndirəcək kəşflər edilib. Amma “Azərbaycan neftinin atası”nın elmi-nəzəri istiqamətdə də uğurları çoxdur. Onun 81 iri həcmli və çox mühüm məqalələri xarici jurnallarda çar olunub. 5 müəlliflik şəhadətnaməsi, 3 patentin müəllifidir.
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, professor Hacıbala Abutalıbov da elmi patent alan rəsmilər siyahısındadır. Mer fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və digər dövlətlərin qabaqcıl elmi jurnallarında çar olunan 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.
Hacıbala Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişib. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda “Yarımkeçiricilərin kvant elektronikası” laboratoriyasının müdiridir.
Adil Qəribov - AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov 2014-cü ildə akademik seçilib. Alimin vacib problemlər istiqamətində 86 məqaləsi xarici jurnallarda çıxıb. O, 2014-cü ildə Milli Nüvə Tədqiqatlar Mərkəzinin sədri təyin edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.