Azərbaycanlıların yandırılmasından yazan erməni jurnalist danışdı

1-05-2015, 16:05           
Azərbaycanlıların yandırılmasından yazan erməni jurnalist danışdı
irtualaz.org saytı dünən erməni jurnalist Mane Papyanın 80-ci illərin sonlarında Ermənistanda baş vermiş qanlı hadisələrdən bəhs edən sensasion araşdırmasını dərc etmişdi.

M.Papyanın ciddi riskə gedərək apardığı araşdırmanın nəticələri də bir daha və birmənalı şəkildə təsdiq edir ki, Ermənistanda azərbaycanlıların vəhşicəsinə qətlə yetirilməsi və deportasiya edilməsi hələ Sumqayıt hadisələrindən də xeyli əvvəl başlayıb, bu prosesin özü isə Moskva tərəfindən təşkil və idarə olunub.

Aydın məsələdir ki, erməni jurnalistin üzə çıxardığı bu həqiqət Azərbaycan cəmiyyətində bomba effekti verməli idi və verdi. M.Papyanın bu cəsarətli çıxışının nə qədər gözlənilməz və sensasion olduğunu anlamaq üçün Azərbaycan mətbuatına və sosial şəbəkələrdə gedən müzakirələrə baxmaq kifayətdir.

Bəs erməni jurnalisti öz ölkəsini, öz həmvətənlərini ifşa edən faktları açıqlamağı nəyə görə vacib sayıb? Bu addımı atmağa nəyə görə qərar verib? Bu araşdırmanı ortaya qoyandan sonra ermənilər onu hədələməyib ki?

Virtualaz.org saytı bu suallarla Mane Papyanın özünə müraciət edib.

Erməni jurnalist öncə onun əməyinə verilən qiymətə görə təşəkkürünü bildirdi: “Zəhmətimə qiymət verdiyiniz üçün sağ olun. Mən həmişə həqiqəti müdafiə etmişəm və edirəm. O həqiqət nə qədər acı olsa da... Məsələ burasındadır ki, mən Quqark hadisələrindən cəmi bir neçə ay əvvəl xəbər tutmuşam. Bir jurnalist kimi belə hesab edirəm ki, əgər nəsə bir hadisə baş veribsə, bu haqda mütləq yazmaq lazımdır. Bir Ermənistan vətəndaşı kimi bu, mənə nə qədər çətin olsa da yazmaq lazımdır.

Eyni zamanda onu da demək istəyirəm ki, ikitərəfli təbliğat jurnalistin işini xeyli çətinləşdirir və qarşılıqlı nifrət hissi doğurur. Lakin məni hələlik heç kim hədələməyib. Açığı, mənə xəbərdarlıq olunub. Deyiblər ki, Azərbaycan mətbuatında sənin araşdırmalarının mahiyyətini təhrif edə bilərlər. Təəssüf ki, bunu deyənlər haqlı çıxdı. Çox təəssüf edirəm ki, bir çox Azərbaycan KİV-lərində mənim məqaləmi öz bildikləri kimi dəyişiblər. Bu da ikitərəfli təbliğatın peşəkar jurnalistikaya mane olduğunu bir daha təsdiqləyir”.

Erməni jurnalist onu da qeyd etdi ki, təkcə Quqark hadisələrini araşdırmaqla kifayətlənmək fikrində deyil: “Müəyyən planlarım var. Lakin onları həyata keçirmək üçün mənə erməni mənbələrindən başqa digər mənbələr də lazımdır. Ona görə də sonrakı araşdırmalarım üçün hələlik mənbələr axtarışındayam”.

Qeyd edək ki, Ermənistanda yaşayan azərbaycanlılara qarşı ilk hücumlar 1988-ci il Sumqayıt hadisələrindən xeyli əvvəl başlayıb. Hələ 1987-ci ildə Qafanda azərbaycanlılar qətlə yetirilib, evləri talan olunub. Ən dəhşətli faciə isə Quqark (indiki Lori vilayəti) rayonunda baş verib. Orada 13 azərbaycanlı ermənilər tərəfindən diri-diri yandırılıb. Erməni saqqallılarının vəhşiliyi nəticəsində həmin vaxt Quqarkda 70 dinc azərbaycanlı amansızlıqla qətlə yetirilib.

M.Papyanın bu dəhşətlərdən bəhs edən həmin araşdırması barədəki yazı ilə bu keçid (http://virtualaz.org/aktual/45964) vasitəsilə tanış ola bilərsiniz.
P.S. teref.az olaraq bildirmək istəyirik ki, 1986- cı ildə Ermənistanın Masis (Zəngibasar) rayonunda terk toyundan ermənil\ər toya hücum edərək gəlini aparmaq istəmişdilər və böyük qırğın düşmüşdü. Masisin türk əhalisi ermənilərlə savaşa- savaşa Türküyə sərhəddinə yaxınlaşaraq sərhəd zolağına girmişdilər.
Sponra Azərbaycandan gedən nümayəndə heyəti bu mübahisəni ermənilə\rin xeyrinə həll etmişdi.
N,X













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.