“Arif Hacılının istefasına çağırışlar bizi maraqlandırmır” - Başqan müavini

1-05-2015, 16:13           
“Arif Hacılının istefasına çağırışlar bizi maraqlandırmır” - Başqan müavini
Sosial şəbəkələrdə Müsavat Partiyasının başqanı “Arif Hacılıya istefa” başlıqlı yazı və fotolar yayılıb.

Yazıda qeyd edilir: “Əksər müsavatçılar Arif Hacılının istefasını istəyirlər. Arif Hacılının istefası dağıtdığı Müsavat Partiyasının yenidən toparlanmasına stimul ola bilər. Qurultaydan 7 ay keçməsinə baxmayaraq, ciddi heç bir mübarizə aparılmayıb. Əksinə, müsavatçılar arasında nifrət, kin, ayrı-seçkilik, nifaq salıb, müxalifətçilik oyunları oynayırlar. Arif Hacılı 7 aydır bəyanatlar verərək işini bitmiş hesab edib. Həmçinin yeni başqan partiyanın adından saxta bəyanat verdirərək qurultaydan sonra öz rəqiblərini partiyadan çıxarılması üçün sifariş verib. Partiyanın strukturları da Arif Hacılının sifarişlərini yerinə yetirib.

Suraxanı rayon təşkilatında da Arif Hacılının istefası müzakirə edilib. Arif Hacılıya İS-TE-FA!”.

Modern.az saytına açıqlama verən Müsavat başqanının müavini Elman Fəttah bildirib ki, onlar bu məsələyə münasibət bildirmək istəmirlər: “Əgər hər hansı bir təşkilat qərar versəydi, biz o zaman cavab verərdik. Sosial şəbəkənin minlərlə üzvü var. Biri Arif Hacılını təhqir edir, biri deyir ki, filankəs istefa versin. Bu cür məsələlərə partiya səviyyəsində münasibət bildirmirik. Bu bizi maraqlandıran, diqqətimizi cəlb edən məsələ deyil”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.