Abdullah Gül: Qarabağı qaytarmağın iki yolu var - VİDEO
2-05-2015, 00:11
Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması birbaşa Ermənistandan asılıdır. Rəsmi İrəvan Azərbaycanın bölgədə gündən-günə gücləndiyini görüb bu, münaqişənin tez bir zamanda həllinə yardımçı olmalıdır.
Bunu Türkiyənin eks-prezidenti Abdulla Gül ANS-ə müsahibəsində Ermənistan prezidenti Serj Sarkisyanın bir neçə gün əvvəl verdiyi müsahibəni şərh edərkən deyib.
O, həmçinin qondarma erməni soyqırımının 100 illiyinə həsr olunmuş tədbirə Rusiya və Fransa liderlərinin qatılmasına münasibət bildirib:
“Dağlıq Qarabağ münaqişəsinin həlli uzanır. Düz 20 ildir. Bu isə uzun bir müddətdir. Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq vasitəçilik missiyasını üzərinə götürmüş Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil. Eyni zamanda Minsk qrupunun Dağlıq Qarabağ probleminin həllində ikili standart nümayiş etdirməsindən də xəbərimiz var. Hazırda Minsk qrupunda yer alan Rusiya və Fransa məsələyə ikili standartlardan yanaşırlar. Belə olan halda bu qrupa necə etibar edilə bilər?”.
Gül həmçinin bildirib ki, işğalın bu qədər uzun sürməsi qəbul edilən deyil: "Dağlıq Qarabağ münaqişənin həllinin bu qədər uzanması çox təhlükəlidir. Özəliklə bu münaqişənin həllinin iki yolu var. Dünya praktikasına nəzər yetirsək görərik ki, buna bənzər münaqişələr ya müharibə, ya da siyasi yolla həll olunur”.
Türkiyənin eks-prezidenti Abdulla Güllə daha geniş müsahibəyə mayın 3-də efirə gedəcək “Hesabat” verilişində baxa bilərsiniz.