Qubad İbadoğlu Müsavat rəhbərliyinə etiraz etdi

4-05-2015, 10:24           
Qubad İbadoğlu Müsavat rəhbərliyinə etiraz etdi
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu müavini Vurğun Əyyubun Müsavat partiyasından xaric edilməsinə etiraz edib.

AzVision.az-ın məlumatına görə, Q.İbadoğlu Facebook səhifəsində yazdığı statusda qeyd edib:

-Dünən Müsavat Partiyasının yerli təşkilatı yuxarıların göstərişi ilə 1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbəri, 1997-ci ildən partiyanın Baş katibi, 2001-ci ildən Müsavat başqanının 1-ci müavini olmuş, partiyanın quruculuğunda və inkişafında xidməti olan, görkəmli ziyalı, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini Vurğun Əyyubun partiya sıralarından xaric olunması barədə "qərar" qəbul edib.

"Vurgun bəyin Müsavat partiyasından çıxarılması bir daha göstərdi ki, Müsavat qurultaydan sonra qısasçı təfəkkürə malik olan, yalnız qrup maraqlarını güdən cılız hisslərlə yaşayan adamlar tərəfindən idarə olunur. Heç şübhəsiz ki, belə idarəçilik Müsavatın bu günündə rüsvayçı səhifə, tarixində qara ləkə kimi qalacaq, gələcəyinə isə yaxşı heç nə verməyəcək. İnanıram ki, ləyaqətli partiya üzvləri və dəyərli ictimaiyyət nümayəndələri son 7 ayda yalnız intriqalarla gündəmdə qalan, getdikcə daha da avtoritarlaşan, illərlə yığılmış gücünü və nüfuzunu itirərərək demək olar ki, hər gün zəifləyən tarixi partiyanın bu tip qərarlarına laqeyd qalmayacaqlar".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.