Rəsmi Tiflis qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilən seçkiləri tanımaq niyyətində deyil.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi xüsusi bəyanat yayıb.
Nazirliyin bəyanatında Dağlıq Qarabağdakı seçkilərin legitim olmaması ilə bağlı məlumat yer alıb. Tiflis həmçinin Azərbaycanın işğal olunmuş ərazilərindəki seçkiləri beynəlxalq hüququn pozulması kimi dəyərləndirib.