Pozner imperyanın səhflərini dedi

4-05-2015, 23:51           
Pozner imperyanın səhflərini dedi
“Rusiya artıq Ukraynanı itirib”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə məşhur rusiyalı jurnalist Vladimir Pozner çıxış edib.

Onun sözlərinə görə, hər iki ölkə arasında əvvəlki xoş münasibətləri geri qaytarmaq mümkün olmayacaq:

“Məncə, artıq prinsipial və qaçılması mümkün olmayan səhv buraxılıb. Rusiya imperiya olub. O, əvvəl Çar imperiyası idi, sonra Sovetlərə döndü. Bu, istənilən halda imperiya idi. Həmin an Rusiya hər kəsə müxtəlif səviyyələrdə - yuxarıdan baxmağa başladı. Bütün ölkələrdə Mərkəzi Komitənin katibləri yerli idi. İdeoloji iş üzrə katib rus idi və hər şeyə Moskva qərar verirdi. Ümumiyyətlə, hər şey aydındır. İmperiya dağıdılanda burada böyük ağıl göstərmək lazım idi. O zaman özünü ağıllı aparmaq gərəkliydi. Əsas məsələ həmin ölkələrin – bu ölkələri imperiyanın üzvləri, koloniya, necə istəyirsinizsə, adlandırın - Rusiyaya qarşı münasibətlərinin pisləşməsi idi. Bu faktdır. Ukrayna ilə münasibətlər isə tam fərqli idi. Rus adı burada yaranıb və pravoslavlıq ilk dəfə bu torpaqlarda qəbul edilib. Qərbin Ukraynanı Rusiyadan alacağı çoxdan bilinirdi. Məhz buna istiqamətlənib çalışmaq əvəzinə tamam başqa qərarlar qəbul edildi. Bax, belə bir kompot meydana gəldi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.