Tarixçi alim Boran Əzizli Müsavat Partiyasından istefa verib
5-05-2015, 17:50
Bakı Dövlət Universitetinin dosenti, tarixçi alim Boran Əzizli Müsavat Partiyasının sıralarından istefa verib.
B. Əzizli APA-ya açıqlamasında Vurğun Əyyubun partiyadan xaric olunmasına etiraz əlaməti olaraq bu addımı atdığını deyib: “Vurğun Əyyubun qurultaydan sonrakı bəzi siyasi addımlarını təqdir etməsəm də, son günlər ona qarşı aparılan qisasçı, kin və qərəz kampaniyasına, repressiv tədbirlərə qəti etirazımı bildirərək Müsavat Partiyasının sıralarından istefa verirəm”.
Qeyd edək ki, B. Əzizli Müsavat Partiyasının Suraxanı rayon təşkilatının sədri olub.