Bayden Putinə görə jurnalisti TƏHQİR ETDİ: Nə axmaq...- VİDEO

21-01-2022, 12:03           
Bayden Putinə görə jurnalisti TƏHQİR ETDİ:
ABŞ lideri Bayden Rusiya Federasiyasının rəhbəri Putindən niyə "ilk addımı gözlədiyi" ilə bağlı sualı axmaq adlandırıb.

Metbuat.az xəbər verir ki, Baydenin bir illik fəaliyyətinə həsr edilmiş ictimai tədbirin sonunda "Fox News" kanalının sözçüsü qışqıraraq: "Niyə Putinin ilk addımı atmasını gözləyirsiniz, cənab?" deyə Baydenə sual ünvanlayıb. Bayden isə bu sualı "Nə axmaq sualdır" deyə cavablandırıb.

Qeyd edək ki, Amerika mediası və siyasətçiləri dəfələrlə Baydeni Moskvaya və Rusiya rəhbərinə münasibətdə qətiyyətsizlikdə ittiham ediblər. ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş rəisi Ben Hodges hesab edir ki, ABŞ Rusiyaya diplomatik təzyiqləri artırmalı, həmçinin Ukrayna və Türkiyə ilə münasibətləri gücləndirməlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.