Qondarma erməni soyqırımını tanıyan ölkələr sırasına Lüksenburq da qoşuldu. Lüksenburq parlamentinin son iclasında bununla bağlı qərar qəbul olunub. Qərarda bildirilir ki, 1915-ci ildə Osmanlı torpaqlarında yaşayan ermənilərə qarşı soyqırım həyata keçirilib. Türkiyə prezidenti Rəcəb Tayyb Ərdoğan və baş nazir Əhməd Davudoğluna ermənilərə ünvanladıqları başsağlığı mesajlarına görə təşəkkür edən sənəd müəllifləri hesab edir ki, Türkiyə rəhbərliyi keçmişlə üzləşmək məsələsində cəsarətlənib.
Lüksenburq «erməni soyqırımını» tanıyan 22-ci ölkədir. Qondarma soyqırımı ilk dəfə 1965-ci ildə Urquvay tanıyıb. Ardınca bu sıraya 20-yə yaxın ölkə qoşulub. Bu ölkələrin arasında Rusiya, Kanada, Fransa, Britaniya, Almaniya, Braziliya, Argentina və Avstraliya da var.