Hüseyn Abdullayev yeni müraciət yaydı

7-05-2015, 13:40           

Hazırda mühacir həyatı yaşayan keçmiş deputat Hüseyn Abdullayev yeni müraciət yayıb. Facebook səhifəsində paylaşdığı müraciətdə o, ünvanına səslənən bəzi iradlara cavab verib. Onun yazdıqlarını təqdim edirik:

Əziz və dəyərli dostlarım!

Siz bilirsiniz ki, mən 2 ildən artıqdır Almaniyada muhacir həyatını yaşamaga məcburam. Açığını desəm, bu müddət mənim üçün çətin və sınaq dövrü olsa da, bir çox xüsusi önəm daşıyan məsələlərə aydınlıq gətirmişdir. Onlardan biri mənim Avropada siyasi muhacir statusu almağım və ən başlıcası pozulmuş hüquqlarımın bərpası və İnterpoldakı axtarışımın dayandırılması faktıdır.

Sizə o da məlumdur ki, mən buradan diktator Əliyevin mənə qarşı yönəltdiyi absurdla dolu sifarişli ittihamlarını ifşa etmiş ve KİV-ə bu barədə yetərincə açıqlamalar da vermişəm.Yeri gelmişkən, açıqlamalarıma və statuslarıma yazdıqınız obyektiv kommentlərə və dəstəyinizə görə, sizlərə sonsuz məhəbbətimi, elecə də dərin minnətdarlıqımı bildirirəm.

Amma təəsüflər olsun ki, mövcud rejim bəzi yaltaq provokatorların əli ilə sosial mediada mənimlə baglı əsassız dezinformasiya yayır və hər fürsətdə suyu bulandırmaga çalışır.

Misal üçün, bu zavallılar iddia edirlər ki, Hüseyn Abdullayev oturub xaricdə və sadəcə bəyanat verməklə kifayətlənir. Hələ bu azmış kimi, mənə keçmişdə Əliyevlərə göstərdiyim dəstəyə görə iradlar da tuturlar. Deyəsən, bu adamların yaddaşında ciddi problem olduğundan, nə dedikləinin fərqinə belə varmırlar.

Cənablar, məgər 2007-ci ildə bir millət vəkili olaraq, bu hökümətin yarıtmaz və antixalq siyasətini kəskin tənqid edən və buna görə də uydurma ittihamlarla həbs olunan mən deyilləmmi? Siz mənə deyin görüm, hansı deputat, hansı nazır və hansı iş adamı bunu etməyə özündə cəsarət tapardı? Bəlkə siz deyəsiz ki, mən bu addımları atamın və yaxud anamın maraqları üçün atmışam?! Yoxsa onu da inkar edəsiniz ki, hazırkı hakimiyyət məndən intiqam almaqdan ötrü, canımın parçası olan anamı və atamı girov saxlamır?!

Xalqımız çox yaxşı bilir ki, Hüseyn Abdullayevin qətiyyən şəxsi marağı yoxdur və ola da bilməz. Mənim ən böyük marağım və arzum dogma Azərbaycanımızın azad, demokratik və heç kəsin iradəsindən asılı olmayaraq xoşbəxt və firavan yaşamasıdır. Bunu tələb etmək və bu müqəddəs yolda mubarizə aparmaq mənim üçün şərəf və ən azından vətəndaşlıq borcudur.

O ki qaldı mənim bir vaxtlar Heydər Əliyevi müdafiyə etməyimə, qəbul edin ki, 90-cı illərin əvvəllərində yüz minlərlə insan meydanlara toplaşır, onu müdafiə edir və inanıb qoruyurdu. Amma heç kimin ağlına gəlməzdi ki, indiki hakimiyyət sonralar Azərbaycan xalqının hesabına öz yerini bərkidəcək və dönüb xalqın deyil, sadəcə öz şəxsi maraqlarına xidmət etməklə ölkəmizin bütün sərvətlərini talayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.