“Qubad İbadoğlu və Vurğun Əyyubun partiyadan xaric edilməsi çox pis tendensiyadır...."

7-05-2015, 15:49           
“Qubad İbadoğlu və Vurğun Əyyubun partiyadan xaric edilməsi çox pis tendensiyadır...."
“Qubad İbadoğlu və Vurğun Əyyubun partiyadan xaric edilməsi çox pis tendensiyadır və bu onsuz da cəmiyyətin inamını itirən müxalif düşərgəyə ağır zərbədir”.

Bu sözləri Editor.az-a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev söyləyib.

Onun sözlərinə görə, Müsavatın son qərarı demokratik dəyərlərin pozulmasıdır:

“Heç kimə sirr deyil ki, Arif Hacılı məhz İsa Qəmbərin xeyir-duası ilə partiya rəhbərliyinə gətirilib. Onun gətirilməsində əsas məqsəd İsa Qəmbərin faktiki başqanlıqda saxlanılmasına nail olmaqdır. Görünür digər namizədlər buna getmədiklərinə görə, Arif Hacılıya üstünlük verilib. İndiki halda Qubad İbadoğlunun, Vurğun Əyyubun və digərlərinin Müsavatdan xaric edilməsi o anlama gəlir ki, İsa Qəmbər partiyada avtoritar üsul-idarəetmə yaratmağa və bu yolla partiyaya nəzarəti əlində saxlamağa çalışır. Başqa sözlə ifadə etsək, ona qarşı təhlükə olacaq şəxslərdən canını qurtarmaq istəyir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.