İlham Əliyev bütün Avropanı Azərbaycana daşıyıb gətirir... - Düşmən ölkə ilə müqayisə olunarıqsa...

7-05-2015, 20:57           
İlham Əliyev bütün Avropanı Azərbaycana daşıyıb gətirir... - Düşmən ölkə ilə müqayisə olunarıqsa...
Azərbaycan çox yaxın zammanlarda öz gücünü göstərərək bütün dünyada neft və üsəlman ölkəsi olaraq böyük uğurlara imza atdığını göstərəcək. Cənubi Qafqaz regionunda və hətta dünyada baş verən bütün prosseslərə baxmayaraq Azərbaycan inkişaf etməkdədir. Azərbaycan dünyada ilk olacaq müzhim bir idman yarışmasına ev sahibliyi edəcək. Bəşər tarixində ilk dəfə Azxərbaycanda I Avropa Yay Olmpiya Oyunları keçiriləcək. Və bu hadisənin Bakıda keçirilməsi bizi sevən və sevməyən hər kəsi ilgiləndirir. Hər kəs yaxşı mənada Azərbaycandan danışır. Lakin qaraguruhlar da yox deyil. Azərbaycanın torpaqlarını işğal etmiş Ermənistanda hər gün insanlar sosial tələblərlə etiraza qalxır. İnsanlar əmək haqlarını, pensiyalarını istəyirlər. Mənasız yerə işğal olunmuş Azərbaycan torpaqlarında erməni əsgərlərinin ölüm faktları əhalini ciddi narahat edir. Rusiyaya tətbiq edilən sanksiyalar, Ermənistanın maliyyə durumunu kifayət qədər çətinə salıb.
Azərbaycan isə dünyaya mühim bir nümunə olaraq görünür. Nəinki maliyyə çətinlikləri, neftin ucuzlaşması, dünyada baş verən prosseslər əhalinin sosial həyatında hiss olunmur, əksinə Azərbaycan mühim bir yarışmaya ev sahibliyi edir.

Azərbaycanın dövlət başçısı İlham Əliyev cənabları Bakıda keçiriləcək olimpiya oyunları ilə bağlı çox net bir ifadə işlətdi bu günlərdə «Qoy güclülər qalib gəlsin». Bu sözün kifayət qədər dərin diplomatik mənası vardı. Doğurdan da Azərbaycan güclüdür və sözün bütün mənalarında Azərbaycan qalibdir. Mühim beynəlxalq tədbirlərin daimi ünvanına çevrilən respublikamız Cənubi Qafqazda, MDB məkanında liderliyini hər gün bərpa etməkdədir. Azərbaycan qonşu Gürcüstana dəstək olur. Ukraynada baş verən prosseslərə ədalətli bir yanaşma sərgiləyir. Türkiyəyə dəstək olur. Rəsmi Bakının xarici diplomatik siyasəti kifayət qədər uğurla davam etməkdədir.

Və bun ə yazıqlar olsun ki, dünyanın demokratiya paytaxtlarının paxıllıqlarını və paxırlarını lüt bir formada ortaya çıxarır. Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı konkret mövqe sərgiləməyənlər, demək olar ki, hər gün narahat olmayan mərkəzlər nədənsə, ölkəmizdəki hüquq və azadlıqların pozulmasından ciddi «narahat» olurlar. Öz daxillərində insanları dərilərinin rənginə görə ayıraraq diskriminasiyaya məruz qoyun dövlətlər Azərbaycanda öz emissarlarının həbsindən ciddi «narahat» olurlar. Bəzən bu kampaniyaya qoşularaq dövlət, vətən demədən onlara qoşulub dəstək verənlər də tapılır. Təəssüf ki, onlar güclü və qalib olan Azərbaycan dövlətinin uğurlarını üstlənib, özləri üçün doğmalaşdıra bilmirlər. Azərbaycanın uğurlarla dalğalanan bayrağına sevgiylə baxıb qürurlana bilmirlər.

Amma güclülər kürsüyə çıxıb və qalib gəlirlər. Hər zaman olduğu kimi…
gundeminfo.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.