"ABŞ VƏ MÜTTƏFİQLƏRİ QƏTİYYƏTLİ CAVAB VERƏCƏKLƏR" - ABŞ Rusiyaya nüvə silahı barədə xəbərdarlıq edib

26-09-2022, 00:03           
"ABŞ VƏ MÜTTƏFİQLƏRİ QƏTİYYƏTLİ CAVAB VERƏCƏKLƏR" -
ABŞ Rusiyaya Ukraynada nüvə silahının tətbiqinin nəticələri barədə xəbərdarlıq edib.

APA-nın xəbərinə görə, ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bunu CBS telekanalına müsahibəsində bildirib.

Ceyk Sallivan deyib ki, ABŞ hakimiyyəti çox yüksək səviyyədə Moskvaya bəyan edib ki, Rusiyanın nüvə silahı tətbiq etməsinin fəlakətli nəticələri olacaq və Vaşinqton buna qətiyyətlə cavab verəcək: “Biz yüksək səviyyədə birbaşa Kremlə bildirmişik ki, bu halda ABŞ və müttəfiqləri qətiyyətlə cavab verəcəklər. Eyni zamanda ABŞ Ukraynanı dəstəkləməyə davam edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru