İlqar Məmmədova görə "Qanun"da axtarış

13-06-2016, 21:54           
İlqar Məmmədova görə "Qanun"da axtarış
REAL Hərəkatı “Qanun” Nəşriyyatından İlqar Məmmədovun flayerlərinin müsadirə olunması ilə bağlı bəyanat verib.
TİA.AZ-ın məlumatına görə, REAL bəyan edir ki, son iki gündür "Qanun" nəşriyyatında aparılan yoxlamaların səbəbi İlqar Məmmədovun ad günü münasibətilə hazırlanmış flayerlərinin müsadirəsi ilə bağlı olub.
“REAL bu flayerləri təşkilatın həbsdə olan sədri İlqar Məmmədovla bağlı ad günü tədbirləri çərçivəsində sifariş vermişdi. Flayerlər 1 milyon insanın sədrin həyat yolu və qanunsuz həbsi haqqında məlumatlandırılması üçün hazırlanmışdı”, deyə bəyanda bildirilib.
Bəyanatda qeyd olunur ki, nəşriyyata bomba qoyulmasına dair elan olunan məlumat həqiqəti əks etdirmir, əslində məqsəd İ.Məmmədovun flayerlərini müsadirə etmək imiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru