Sallivan: “ABŞ Ekvadorda zorakılığın artmasını pisləyir”

11-01-2024, 11:58           
Sallivan: “ABŞ Ekvadorda zorakılığın artmasını pisləyir”
ABŞ Ekvadorda zorakılığın artmasını pisləyir və günahkarların məsuliyyətə cəlb edilməsi üçün əməkdaşlığın genişləndiriləcəyinə ümid edir.

Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan "X" sosial şəbəkəsində bildirib.

“Biz silahlı qruplaşmaların özəl, ictimai və dövlət qurumlarına qarşı son hücumlarını qətiyyətlə pisləyirik. Biz ekvadorluların təhlükəsizliyini və rifahını dəstəkləməyə və günahkarların məsuliyyətə cəlb olunmasını təmin etmək üçün tərəfdaşlarla əməkdaşlığı gücləndirmək siyasətinə sadiqik”, - C.Sallivan yazıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.