Şamaxı Həkim Məsləhət Komissiyası , yoxsa rüşvət-korrupsiya “qəssabxanası”? İDDİA
12-10-2024, 00:01
10 ilin ürək, şəkər, xəstəsinə TSEK-ə göndəriş verilməsindən imtina edilib
Ağsu rayonu, Pirhəsənli kənd sakini 62 yaşlı Xasayev Samir Alxan oğlunun
son dörd-beş ayda onsuz da ağır olan sağlamlıq durumunun daha da
ağırlaşmasına bağlantılı bütün qurumlar rahatsızlıqlarını ifadə etsələr də,
bircə Şamaxı Həkim Məsləhət Komissiyası “qəssablıq” xidmətindən əl
çəkmir. TƏBİB , ƏƏSMN tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və
Reabilitasiya Agentliyi ( DTSERA) və b. rəsmi məktublarla xəstənin
əlilliyinin müəyyən edilməsi üçün tam və hərtərəfli göndərişin TSEK-ə
göndərilməli olmasını bildiriblər. 2 aylıq süründürməçilikdən sonra Ağsu
Mərkəzi Xəstəxanası , axırı, TƏBİB işə qarışandan sonra xəstənin
sənədlərini Şamaxı Həkim Məsləhət Komissiyasına (HMK) göndərib. Hətta
TƏBİB-dən yataq xəstəsinin oğluna zəng edib, Şamaxı HMK-da Pakizə adlı
həkimə müraciət etməyi deyiblər. Yataq xəstəsini xərəkdə Şamaxıya
apardıqda isə....
11 oktyabr 2024-cü ildə Şamaxı HMK xəstənin sənədlərini ( forma-88 saylı
arayışı) ƏƏSMN tabeliyində DTSERA sisteminə vurmaqdan imtina edib.
Xəstənin oğlunun bildirdiyinə görə, Pakizə həkim susub, İslam adlı
“məsləhətçi” hay-küy salıb ki, ixtisaslaşmış həkim rəyi yoxdur. Halbuki
bütün sənədlər yerindədir və bunu Ağsu rayon xəstəxanası verdiyi
göndərişində təsdiq edib. Sadəcə Ağsu xəstəxanası “Parkinson xəstəliyi”ni
qeyd etməyi unudub, onu da ki, müəyyən etməyə ixtisaslı həkim rəyi
gərək deyil, sadəcə gözlə görünür. Yəqin İslam adlı “məsləhətçi”nin və
həmkarlarının şəkərdən gözləri tutulan xəstənin “Parkinson”un əlaməti
olan əllərinin əsməsini görməyə vicdanları yol verməyib.
Ağsu RMX-nın 28.09.2024-cü il tarixli xəstəlik tarixindən çıxarışında
diaqnoz diabetik angiopatiya, diabetik retinopatiya, diabetik
polinevropatiya, şəkərli diabet II tip orta ağır, ürək çatmazlığı,
hipertoniya xəstəliyi II-III f/s, sabit gərginlik stenokardiyası II-III
f/s göstərilib. Xəstə bu diaqnozları Topçubaşov adına klinik xəstəxanada,
kliniki tibbi mərkəzdə, özəl xəstəxanalarda “qazanıb”, Şamaxı HMK-nın
gözünü rüşvət-korrupsiya necə tutubsa, bu sənədləri də, xəstənin özünü
də görmür. Bunların gördüyü yalnız rüşvət, korrupsiyadır. TƏBİB-dən zəng
edilən nömrələrə isə geridönüş etmək olmur.
NK-nın əlilliyin müəyyən edilməsi meyarlarına görə, təkcə xroniki yüksək
qan təzyiqi orqanizmin 80 faizindən çoxunun itirilməsi deməkdir və 1-ci
dərəcəli əlillik təyin etməyə əsasdır. Niyə Şamaxı HMK vəzifəsini vicdanla
yerinə yetirmir , TSEK-ə göndəriş verməkdən imtina edir? Yəqin ki, TƏBİB
və hüquq mühafizə orqanları Şamaxı HMK-ya görəvini başa salarlar.
Pir Həsənl
QEYD: Bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!
TEREF