Fransada dövlət borcu ilə bağlı kritik vəziyyət elan edilib

Bu gün, 16:34           
Fransada dövlət borcu ilə bağlı kritik vəziyyət elan edilib
"Dövlət borcuna xidmətlə bağlı dövlət maliyyədə kritik vəziyyət müşahidə olunur. Bu, büdcənin ən böyük xərcinə çevrilə bilər".

TASS xəbər verir ki, bu barədə Fransanın iqtisadiyyat və maliyyə naziri Antuan Armand "X" hesabında yazıb.

2025-ci ilin büdcə layihəsini təqdim edən Arman qeyd edib ki, 2025-ci il büdcəsinin xərc hissəsi 40 milyard avro azaldılacaq, gəlir hissəsi isə 20 milyard avro artırılacaq. Gəlirləri artırmaq üçün Fransa hakimiyyəti xüsusilə 400 ən böyük şirkətin vergisini artırmaq niyyətindədir.

Öz növbəsində büdcə məsələləri üzrə nazir Loran Sen-Marten qeyd edib ki, hakimiyyət koronavirus pandemiyası zamanı tətbiq edilən sosial müdafiə tədbirlərini mərhələli şəkildə ləğv etməyi planlaşdırır. Bu, xüsusən də fransızların ən aztəminatlı hissəsi üçün elektrik enerjisi tariflərinin artırılmasına mane olan "tarif qalxanı"na aiddir.

Hökumətin planlarına görə, gələn il büdcənin ümumi gəlirləri 536 milyard avro, xərcləri isə 684 milyard avro təşkil edə bilər. Beləliklə, kəsir 148 milyard avroya çata bilər.

Xatırladaq ki, sentyabrın sonunda Fransanın dövlət borcu görünməmiş səviyyəyə çatıb - 3,2 trilyon avrodan artıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.