Reper Diddinin insan alveri işi üzrə məhkəmə prosesinin vaxtı təyin edilib
11-10-2024, 16:08
P.Diddi kimi tanınan reper və prodüser Şon Kombs 5 may 2025-ci ildə insan alveri ilə bağlı mühakimə olunacaq.
Bu barədə "Reuters" məlumat yayıb.
Prokuror Emili Conson, işə baxılmasının ən azı üç həftə, Kombsun vəkili Mark Aqnifilo isə təxminən bir həftə çəkəcəyini bildirib.
Xatırladaq ki, oktyabrın 7-də amerikalı reper P.Diddinin anası oğlunun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı ictimaiyyətə müraciət edib. 84 yaşlı Cenis Smell Kombsun sözlərinə görə, oğlu saxta ittihamlara və ictimai linçə məruz qalıb.
Sentyabrın 17-də məlum olub ki, musiqiçi məhkəmənin qərarı ilə Nyu-Yorkda həbs edilib. Keçmiş sevgilisinin 2023-cü ildə onu insan alverində və illərlə zorakılıqda ittiham etdiyindən sonra reperin nəzarət altında olduğu bildirilir. Həmin gün hüquq-mühafizə orqanları reperi insan alveri və fahişəliyin təşkilində ittiham edib.