Almaniyada polis terror aktının qarşısını alıb

11-10-2024, 16:14           
Almaniyada polis terror aktının qarşısını alıb
Almaniya polisi Şimali Reyn-Vestfaliya əyalətinin Krefeld şəhərində kinoteatrı yandırmaq istəyən cinayətkara atəş açıb.

Bu barədə "Bild" qəzeti məlumat verib.

Hadisənin terror aktı olduğu ehtimal edilir.

Qeyd olunub ki, kinoteatra hücumdan əvvəl həmin şəxs bir neçə yerdə yanğın törədib. Əvvəlcə o, Federal Məşğulluq Xidmətinin yerli idarəsinin binasına yandırıcı qurğu atıb, sonra binanın qarşısında dayanmış avtomobili yandırıb. Polis çoxmənzilli yaşayış binasının damında yanğının da onun hərəkəti nəticəsində baş verdiyini ehtimal edir.

Axşam saatlarında cinayətkar "Cinemaxx" kinoteatrına soxulmağa cəhd edib. Girişdə olan iki polis ona atəş açıb. Həkimlər kişini təcili yardım maşını ilə xəstəxanaya aparıblar. Yanğın törədənin vəziyyəti kritik qiymətləndirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.